"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik
ABŞ-nin Azərbaycandakı Səfirliyində 11 sentyabrda ABŞ-də baş verən terror hadisələrinin qurbanları anılıb. Bu barədə məlumat səfirliyin “X” sosial media hesabında yayılıb.
"Bu gün səfir Mark Libby başda olmaqla, ABŞ səfirliyinin əməkdaşları Nyu-Yorkda 11 sentyabr hücumlarında həlak olmuş 2977 günahsız insanın xatirəsini yad etmək üçün toplaşıblar.
Birləşmiş Ştatlar tariximizin bu faciəli anında göstərdiyi dəstəyə və yardım təklifinə görə hər zaman Azərbaycana minnətdar olacaq", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də baş verən terror hadisəsi zamanı ümumilikdə 2977 nəfər ölüb. Onlardan 246 nəfəri qaçırılan təyyarələrin sərnişinləri, 2755 nəfəri isə təyyarələrin çırpıldığı binaların içərisində olanlardır.
ZÜMRÜD