Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!
ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup respublikaçı üzvü Prezident Cozef Baydenə məktub ünvanlayaraq, onu Amerikanın uzaqmənzilli silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa və Kiyevə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirməyə icazə verməyə çağırıb.
Məktubun sentyabrın 9-da imzalandığı və dövlət katibi Antoni Blinkenin çərşənbə günü Kiyevə səfəri öncəsi göndərildiyi bildirilir.
Sənədi altı aparıcı respublikaçı konqresmen, o cümlədən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Maykl Makkol, kəşfiyyat komitəsinin sədri Mayk Törner və silahlı qüvvələr komitəsinin sədri Mayk Rocers imzalayıb.
Mətləb Salahov