Ukrayna şokda - üç nazir gözlənilmədən istefa verdi...
Rusiya ilə çətin müharibə şəraitində olan Ukrayna bu dəfə üç nazirin gözlənilməz istefası ilə sarsılıb.
Onlardan biri Rusiya ilə müharibə dövründə silahın daxili istehsalına nəzarət edən strateji sənaye naziri Oleksandr Kamişindir. Digər ikisi isə ədliyyə naziri Denis Maliuska və ətraf mühitin mühafizəsi naziri Ruslan Striletsdir. Məlumata görə, hər üç nazirin istefası Ukraynada siyasi qeyri-sabitliklə bağlı narahatlıqları artırıb.
Ukraynanın Ali Radasının sədri Ruslan Stepançuk da parlamentə istefa haqqında ərizənin eyni vaxtda üç nazirdən daxil olduğunu təsdiqləyib.
İstefaların səbəbləri açıqlanmır. Onları kimlərin əvəzləyəcəyi ilə bağlı da hələlik rəsmi açıqlama verilməyib.
TAHİR