KÖHNƏ VERSİYA            

Xankəndidə Pedaqoji İnstitutu kim açdı, kim bağladı?.. - MÜSAHİBƏ

Image

Raqub Kərimov: “Heydər Əliyev qəti şəkildə məsələ qoydu ki, bu institut mütləq Xankəndidə açılmalıdır” 

Prezident İlham Əliyevin Xankəndidə “Qarabağ Universiteti”nin yaradılması ilə bağlı sərəncamı hazırda fəaliyyət göstərməyən Xankəndi Pedaqoji İnstitutunun keçmiş əməkdaşları tərəfindən də müsbət qarşılanır.  

“1988-ci ilin 14 oktyabr tarixində  Xankəndi Pedaqoji İnstitutunun bağlanması haqda SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov qərar imzalayıb”

Müsahibimiz Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialının sabiq rektoru, filologiya elmləri doktoru, professor Raqub Kərimovla keçən günlərə qayıtdıq, Xankəndi Pedaqoji İnstitutunun tarixindən, fəaliyyətindən danışdıq...

- Raqub müəllim, Xankəndi Pedaqoji İnstitutu necə yarandı? Yəqin ki, o tarixə şahidlik edənlərdən biri də Sizsiniz. Ötənlərə qayıdıb hansı məqamları xatırlayardınız? 

- Bu olduqca əlamətdar bir hadisə idi. Bu ali təhsil müəssisəsi 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaradılıb, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. O əvvəllər bir fakültə kimi fəaliyyətə başladı...

- Ermənilər bu institutun yaradılmasına mane olmurdular ki?

- Əlbəttə olurdular. Onlar istəmirdilər ki, Xankəndidə belə bir institut yaradılsın. 

- Mane olmaqlarının səbəbi nə idi?

- Çünki ermənilər orada azərbaycanlı əhalinin say tərkibinin çoxalmasını istəmirdilər. Onlar elə zənn edirdilər ki, azərbaycanlıların sayının artması onların sıxışdırılmasına gətirib çıxara bilər. Bu səbəbdən də ciddi müqavimət göstərirdilər ki, Xankəndidə belə bir institut yaradılmasın. 

- Bəs sonra nə baş verdi ki, onların müqaviməti qırıldı? 

- Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra onun qayğısı nəticəsində instituta çevirildi. Heydər Əliyev qəti şəkildə məsələ qoydu ki, bu institut mütləq Xankəndidə açılmalıdır. Çünki ermənilər tələb edirdilər ki, bu institut Xankəndidə deyil, Şuşada açılsın. Bundan sonra institut fəaliyyətə başladı, getdikcə müstəqil ali təhsil ocağına çevirildi. Daha dəqiq desək, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsünə əsasən  filial Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib.

- Əvvəl yarananda adı necə olub?

- Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutu. 

- Bu ali məktəbin Xankəndidən köçürülməsi necə baş verdi?

- Bilirsiz ki, 1988-ci ildə keçmiş “Dağlıq Qarabağ”da hadisələr baş verdi, erməniləin əsassız iddiaları qiyamlara çevrildi. Nəticədə bizim orada dərs keçməyimiz mümkün olmadı. Çünki şəraitimiz çox ağır idi. Separatçılar qadınları, qızları tovlayıb bizə qarşı xoşagəlməz hərəkətlər etdirirdilər. Çox dəhşətli hadisələr yaşamışıq, mən bunları xatirələrimdə də yazmışam. Hətta 1988-ci il mayın 16-da erməni separatçıları bizi tələbələrlə birgə Xankəndidən zorla qovdular. Biz may ayının həmin günü tələbələri avtobusa yığıb Şuşaya köçdük və Mədəni-Maarif Texnikumunun binasında yerləşdik. Bizi orada qarşıladılar, fəaliyyətimizi bərpa etdik. 

- İnstitut Şuşaya köçəndə siz rektor idiniz?

- Xeyr, Şuşada olanda rektor vəzifəsini daşıdım.   

- Nə vaxtdan orada işləyirdiniz? 

- Əvvəllər Əfqanıstanda işləmişəm. Xankəndi Pedaqoji İnstitutunda isə 1976-ci ildən işğal dövrünə qədər həm müəllim, həm də rektor kimi fəaliyyət göstərmişəm. 

- Rektor seçilməyiniz necə oldu?

- İnstitutun prorektoru, professor Nəcəf Quliyev yaşlı idi, Böyük Vətən müharibəsi əlili idi, bir qolu yox idi. 

- Professor Nəcəf Quliyevi yaxşı tanıyıram, ali məktəbdə müəllimim olub...

- Çox ağıllı, ciddi bir insan idi. Ermənilər ən çox Nəcəf müəllimdən qorxurdular, rektordan çəkinmirdilər. Çox dəyanətli kişi idi. Biz Xankəndidə sonuncu  iclasda iştirak etdik. Orada cəmi 11 azərbaycanlı müəllim qalmışdı, halbuki, 100-ə yaxın azərbaycanlı müəllim var idi, separatçıların üzündən hamısı dağlıb getmişdi. Sonuncu iclasdan sonra Nəcəf müəllim məni kabinetinə çağırdı. Ata-bala kimi yaxın münasibətimiz vardı, o mənim atam yaşda idi, mən cavan oğlan idim, xətrimi çox istəyirdi. Nəcəf müəllim institutun bütün sənədlərini mənə verdi və dedi ki, bu sənədlərlə yaxşı tanış ol, sən bu institutun rektoru olacaqsan. Mənə tövsiyə etdi ki, prinsipial ol, sənədləri yaxşı  bil, heç kəsə güzəşt etmə və sair. Nəcəf müəllim dedi ki, daha mən bu instituta gələ bilməyəcəyəm, sonra Nəcəf müəllim getdi. Bir neçə gündən sonra Azərbaycan Təhsil nazirinin müavini gəldi və məni rektor kimi kollektivə təqdim etdi. Həmin il yay semestrini Şuşada təşkil etdik, sonra Ağdama getdik.

- Bəs institut nə vaxt bağlandı? 

- Onun bağlanması haqda SSRİ Nazirlər Soveti qərar çıxarıb. 1988-ci ilin 14 oktyabr tarixində  Xankəndi Pedaqoji İnstitutunun bağlanması haqda SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov qərar imzalayıb. SSRİ Təhsil nazirinin qərarına əsasən isə iki il müddətinə institut bağlanmalı oldu. Belə qərar qəbul olunmuşdu ki, institutun Azərbaycan bölməsi Gəncəyə, erməni bölməsi isə İrəvana, Leninakan və Kirovakana getsin. İnstitutda tədris Azərbaycan, rus və erməni dillərində aparılırdı. Hər sektorda 1200-1300 tələbə təhsil alırdı. Azərbaycan bölməsində 1200 tələbə oxuyurdu. 

- Gəncədə fəaliyyətiniz oldumu?

- Biz hadisələrdən sonra Ağdama gəldik, sonra Təhsil Nazirliyinin qərarı ilə institut Gəncəyə köçürüldü. Bizə elan edildi ki, institutda bütün vəzifələr ləğv olunur, tələbələr isə Gəncədə təhsilini davam etdirəcək. Bir il də Gəncədə fəaliyyətimizi davam etdirdik. Ermənilər Topxana meşəsini qırdıqdan sonra bizim tələbələr küçələrə çıxıb böyük mitinqlər keçirdilər. Gəncədən sonra yenidən Şuşaya qayıtdıq və tələbələr təhsillərini orada davam etdirdilər. Şuşa işğal olunana qədər orada işlədik, sonra Ağcabədiyə köçdük, fəaliyyətimizi davam etdirdik. Bax, məsələ belə oldu. 

- Raqub müəllim, sizə qədər Xankəndi Pedoqoji İnstitutunun tarixində azərbaycanlı rektor olmuşdumu? Siz institutun Şuşa dövründə rektor vəzifəsinə təyin edilmisiniz. Niyə əvvəllər azərbaycanlını rektor qoymurdular?

- Çünki “Dağlıq Qarabağda” vəzifədə olan birinci şəxs erməni idi. 

- Nəyə görə?

- Çünki onlara SSRİ hökuməti azadlıq vermişdi. O vaxt həm də onlar məsələ qaldırmışdılar ki, erməni uşaqlarının erməni dilini unutmaması üçün erməni sektoru olmalıdır. Digər tərəfdən də vəzifə bölgüsü elə idi. Məsələn, “obkom” (Vilayət Komitəsinin başçısı nəzərdə tutulur-red.) mütləq erməni olmalı idi, onun müavini, tutaq ki, 3-cü, 4-cü şəxs azərbaycanlı ola bilərdi. Çox az azərbaycanlı orada vəzifədə işləyirdi. Eləcə də müəssisələrin hamısının rəhbərləri mütləq və mütləq erməni olmalı idi. Ona görə də, bizim institutda rektor erməni idi. Əvvəl rektor Sergey Yefromoviç Xalatryan idi. Sonra Sərkisyan gəldi. Bütün problemlər də onun dövüründə başladı...

- Ölkə başçısı “Qarabağ Universitet”inin yaradılması haqda sərəncam imzaladı...Bu sərəncamı gözləyirdinizmi? 

- Bu çox qiymətli bir hadisədir. Cənab Prezidentə dönə-dönə təşəkkür edirəm. Xankəndi təhsil ənənəsi olan bir şəhərdir. “Qarabağ Universitet”inin yaradılması yenidən Qarabağın alınması kimi bir hadisədir. Bu saat bütün region ayaq üstədir... 

- Kövrəldiniz...

- Kövrəlməmək, sevinməmək mümkün deyil. Xankəndidə “Qarabağ Universiteti”nin yaradılması günün ən aktual məsələlərindən biridir. İndiki şəraitdə Xankəndidə belə bir universitetin fəaliyyətinə çox böyük ehtiyac var. 

- Deyəsən, artıq təklifiniz də var?

- Bəli. Əgər bir təhsil işçisi, professor kimi mənim fikrimi soruşsalar, təklif edərdim ki, institutda fakültə və ixtisaslar müəyyən edildikdən sonra Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrə müraciət edilsin. Tələbələrə təklif olunsun ki, kim öz arzusu ilə Qarabağ Universitetində təhsilini davam etdirmək istəyirsə, müraciət etsin. Bu mənim subyektiv fikrimdir. Televizora baxırdım, bu barədə sorğular aparılırdı, gənclər hamısı deyirdi ki, biz “Qarabağ Universitet”ində təhsilimizi davam etdirmək istərdik. Əgər belə olarsa, ali məktəblərdə qış tətili bitdikdən dərhal sonra – fevral ayında biz “Qarabağ Universitetində” azərbaycanlı tələbələrə dərs keçməliyik. Bunun özünün çox böyük siyasi əhəmiyyəti var. Xankəndi sakini olan azərbaycanlıların geri qayıtması çox mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu qərar həm böyük qələbəmizin daha da möhkəmləndirilməsi, həm də regionlarda, xüsusilə azad edilmiş ərazilərimizdə təhsilimizin inkişafı üçün vacib amillərdən biridir. Bu gün necə ki, Xankəndi Futbol komandası orada fəaliyyət göstərir, eləcə də müəllimlər gedib orada dərs keçməlidirlər. Mən özüm hər zaman “Qarabağ Universitet”ində dərs keçməyə hazıram...

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031