Tramp seçildikdən sonra and içməzdən əvvəl Ukraynada müharibəyə son qoyacağını deyir...
ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəldikdən dərhal sonra and içməzdən əvvəl Ukraynada müharibəyə son qoyacağını bildirib.
Tramp deyib ki, o, rəsmi olaraq prezident kimi and içməkdənsə, seçilmiş prezident kimi Rusiya və Ukrayna arasında sülh danışıqları aparmağı planlaşdırır.
O, bildirib ki, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenskini tanıyır və noyabrın 5-də yenidən seçiləcəyi təqdirdə “ölüm” və “məhv”ə son qoymaq üçün sülh razılaşması əldə edə biləcəyinə inanır: “Onlar dünyanın müəyyən hissəsinin strukturunu məhv edirlər. Mən bunun danışıqların nəticəsi olmasını və həyata keçirilməsini istəyirəm”.
Tramp demokrat rəqibi, hazirki vitse-prezident Kamala Harris baərə isə deyib ki, o müharibəni davam etdirəcək və Ukraynaya yüz milyardlarla ABŞ dolları tökməyə davam edəcək. Trampın fikrincə, Harrisin səriştəsizliyi dünyanı qlobal müharibəyə sürükləyə bilər.
TAHİR