Selektiv abortlar baş alıb gedir - Komitə sədri həyəcan təbili çalır...
Selektiv abortlar baş alıb gedir. Qanunla bu qadağandır. Buna riayət etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.
"Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, hamilə vaxtı ən xırda patologiyanı belə aşkara çıxarır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir”, - deyə o əlavə edib.