Ərdoğan ilə Quterreş nəyi müzakirə ediblər? - detallar açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Tərəflər danışıq zamanı İsrail-Fələstin məsələsində beynəlxalq ictimaiyyətdən gözlənilən addımları, humanitar böhranın həlli yollarını və davamlı sülh üçün göstəriləcək səyləri müzakirə ediblər. Türkiyə Prezidenti bu münaqişə zamanı həyatını itirən BMT əməkdaşına görə Quterreşə başsağlığı verib və Birləşmiş Millətlər Təşkilatının rəhbərinin Misirin Rəfah sərhəd-keçid məntəqəsinə şəxsi səfərinin beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək baxımından faydalı olduğunu bildirib.
Mətləb