Kamala Harris üçün 200 milyon dollar ianə toplanıb
Vitse-prezident Kamala Harris ötən həftə Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq niyyətini elan etdikdən sonra kampaniyası 200 milyon dollar ianə toplayıb. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Məlumata görə, ianələrin böyük hissəsi – 66 faizi cari ilin seçki dövründə ilk dəfə donorlardan gəlib.
Bundan əlavə, 170 mindən çox könüllü Harris kampaniyasına araşdırma və digər seçicilərə köməklik göstərmək üçün qeydiyyatdan keçib.
Mətləb Salahov