KÖHNƏ VERSİYA            

Avropanın fakt toplama missiyası gizli bir məqsəd üçün İrəvana gəldi...

Image

Akif Nağı: “Birgə missiyanın da səfərinin məqsədi kəşfiyyat xarakterli ola bilər”

Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının (EEAS) birgə faktaraşdırıcı missiyası Ermənistandadır. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan özünün X mikrobloqunda yazıb.

"Mən Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının Ermənistan və Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə faktaraşdırıcı missiyasını alqışlamaqdan məmnunam. Biz tərəfdaşlığın bir sıra sahələri üzrə məhsuldar və diqqət mərkəzində olan müzakirələri gözləyirik”-deyə Hovhannisyan yazıb.

Faktaradırıcı birgə missiyanın Ermənistana gəlməsi sosial şəbəkələrin erməni siqmentlərində başqa şəkildə təqdim edilib. Belə ki, yazılanlara görə, Avropa Komissiyası ilə Avropa Xarici Fəaliyyət Xidmətinin birgə faktaraşdırıcı missiyasının əsas məqsədi başqadır. Sosial şəbəkələrin erməni siqmentlərində birgə missiyanın əslində kəşfiyyata gəldiyi deyilir. Paşinyan Rusiyadan, KTMT - dən, başqa strukturlardan qəti şəkildə çıxmaq addımları atacağı təqdirdə Rusiyanın orada nələr edə biləcəyini yerində araşdırırlar. Əslində onların belə bir məqsədlə gəldiyi fikri qeyd edilir.

“Faktaraşdırıcı missiya da burada vəziyyəti öyrənir, müqavimət ehtimallarını araşdırır və onun aradan qaldırılması, neytrallaşdırılması üçün tədbirlər düşünürlər” 

Məsələyə şərh verən Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, fakttoplama, araşdırma missiyasının Ermənistana gəlməsi, orada müəyyən işlərlə məşğul olması diqqət mərkəzindədir. “Ermənistan rəsmilərinin açıqlaması ilə faktaraşdırıcı missiyanın İrəvana səfər etməsinin mahiyyəti eyni deyil. Yəni deyilənlər birdir, səfərin mahiyyəti isə fərqlidir. Burada Ermənistanla əlaqələrin möhkəmləndirilməsi cəhdləri var. Ermənistan mətbuatı və rəsmiləri məsələni o şəkildə şərh edirlər ki, guya bu missiyanın məqsədi Ermənistanla münasibətləri daha da sıxlaşdırmağa, əməkdaşlığı genişləndirməyə xidmət edir. Bu da var, amma eyni zamanda deyilməyən, qapalı, məxfi məqamlar da olmamış deyil. Proseslər də ona doğru gedir ki, Qərb birmənalı şəkildə Ermənistana yerləşmək, Ermənistanı təsir dairəsinə salmaq və Rusiyanı regiondan çıxarmaq istəyirlər. Bu gün Qərbin apardığı siyasət ondan ibarətdir. Bunun kökündə Rusiyanın mümkün müqavimət ehtimalları var”-deyə A.Nağı qeyd etdi. 

Partiya sədri vurğuladı ki, Ermənistanda Rusiyanın hərbi bazası var, İranla, Türkiyə ilə sərhədləri Rusiyanın sərhhəd qoşunları qoruyur, iqtisadiyyatın böyük bir hissəsi Rusiyanın nəzarətindədir: “Ona görə də Rusiyanı regiondan çıxarmaq Qərb üçün elə də asan deyil, müəyyən fəsadlar baş verə, Rusiya müqavimət göstərə bilər. Bilirsiz ki, xeyli müddətdir, Amerikanın Ermənistandakı səfirliyində 1500-2000 minlik kontingent saxlanılır və onlar təbii ki, diplomatlar deyil, xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, onlar da orada hazırdır. Bu birgə missiyanın da səfərinin məqsədi kəşfiyyat xarakterli ola bilər. Faktaraşırıcı missiya da burada vəziyyəti öyrənir, müqavimət ehtimallarını araşdırır və onun aradan qaldırılması, neytrallaşdırılması üçün tədbirlər düşünürlər. Belə görünür ki, Qərb artıq qərarını verib və birmənalı şəkildə Rusiyanı regiondan çıxartmağa doğru addım atır. Bunun əlamətləri Ermənistanın da hərəkətlərində özünü göstərir. Düzdür, Paşinyan arada Rusiyaya da reveranslar edir, Rusiya-Ermənistan dostluğunun “əbədi olduğuna” guya işarələr vurur. Əslində isə siyasət artıq gedir. Qərb Ermənistanı başa sala bilib ki, Qarabağ xülyasından əl çəkmək lazımdır, ora Azərbaycan torpağıdır, orada Azərbaycan hakimiyyəti tam şəkildə bərqərar olur və olmalıdır. Bunu Ermənistan da, rəhbərliyi də qəbul etməlidir, başa düşməlidir. Ermənistanı başa salmağa çalışırlar ki, onların Qarabağa hücumları, işğal cəhdləri Rusiya tərəfindən şirnikləndirilirdi, Rusiyanın məqsədi isə bu cür münaqişələr vasitəsilə regionda mövqeyini saxlamaq idi. Bunları artıq Ermənistan rəhbərliyi başa düşür və Qərbə tərəf üz tutub. Doğrudan da Qərblə münasibətləri nə qədər uğurlu olacaq, Ermənistan üçün istənilən nəticələrə səbəb olacaq ya yox, bunu gələcək göstərəcək. Amma proses gedir, Ermənistana gələn bu missiya da həmin prosesə, bu prosesin qarşsının alınmaz olmasına xidmət edir”.

A.Nağı əlavə etdi ki, Azərbaycan prosesləri diqqətlə izləməlidir, izləyir də, ölkəmiz məsələlərlə bağlı öz maraqlarına uyğun mövqe tutmalıdır. A.Nağı hesab edir ki, hələlik bu proseslərdən Azərbaycan üçün elə bir təhlükəli məqam yoxdur. Onun fikrincə, Ermənistan Qərbyönümlü siyasət yürüdürsə, Qərbin himayəsinə sığınırsa, Azərbaycan da buna uyğun mövqe tutur, son 20 ildə balanslaşdırılmış siyasət yeridir, bu siyasət uğurla həyata keçirilir, həm Rusiya, həm də Qərblə məsafə saxlayır, eyni zamanda özünün hədəflərinə doğru gedir. “Hədəflər də Azərbayanın bütün ərazilərində suveren hüquqlarının bərqərar olması və möhkəmləndirilməsidir. Bu istiqamətdə Azərbaycan yaranmış vəziyyətdən istifadə etməyi bacarmalıdır və inanıram ki, bacaracaq da”-deyə partiya sədri vurğuladı.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031