Slovakiya liderindən qorxunc xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsi 2030-cu ilə qədər davam edə bilər…
Praqada Çexiyanın baş naziri Petr Fiala ilə görüşdən sonra açıqlama verən Slovakiyanın baş naziri Robert Fiko Rusiya-Ukrayna müharibəsinin uzun illər davam edə biləcəyini deyib.
Müharibənin 2029 və ya 2030-cu ilə qədər davam edə biləcəyini deyən Baş nazir Fiko bildirib ki, ən qısa zamanda sülh danışıqların başlanmalıdır: “10 il boyunca sülh və ya müharibə əməliyyatları dayandırılmış şəkildə danışıqlar aparmaq, 10 il sonra heç bir nəticə vermədən danışıqlar masasına oturub daha 500 və ya 600 min itki verməkdən daha yaxşıdır”.
TAHİR