Ərdoğan və Putin Astanada nəyi müzakirə edəcəklər?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin müzakirə edəcəkləri məsələlər açıqlanıb. Türkiyə mediasının yazdığına görə, dövlət başçıları Şərqi Avropa və Yaxın Şərqdə davam edən müharibələri müzakirə edəcəklər. Həmçinin, Suriya-Türkiyə münasibətlərinin normallaşması da masada olacaq.
Bundan başqa, liderlərin qarşılıqlı maraq doğuran digər məsələləri, ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir.
Mətləb Salahov