Səudiyyədən nümunəvi addım - Azərbaycana görə 30 il Ermənistanı yaxına buraxmadılar...
Azərbaycan Səudiyyə Ərəbistanına 30 il ərzində İslam dünyası üçün nümunəvi və ədalətli mövqeyinə görə təşəkkür edib.
Trend xəbər verir ki, Səudiyyə Ərəbistan Ermənistan ilə diplomatik əlaqələr qurmayıb və Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Indi isə reallıqlar dəyişib. Azərbaycan yekun olaraq Ermənistanın işğalına son qoyub.
Hələ 2020-ci ildə Livan vasitəsilə Ermənistan Səudiyyə Ərəbistana yaxınlaşaraq diplomatik əlaqələr qurmaq istəyib. Amma o zaman qanunsuz erməni hərbi birləşmələri Qarabağda qalmaqda davam edirdi. Əlavə 3 il də gözlədi. Nəzərə almaq lazımdır ki, ABŞ va Fransa bu məqsədlə Səudiyyə Ərəbistana müraciət ediblər.