KÖHNƏ VERSİYA            

Mülki həyatda traktorçu, müharibədə topçu, Murovda həlak oldu - şəhid Şahin Cəfərlinin anası...

Image

Gülər Cəfərova: “Oğlumun şəhid olduğuna hələ də inana bilmirəm, yolunu gözləyirəm...”

İyunun 12-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Şəki Şəhər Heydər Əliyev Mərkəzində təşkil etdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimi çərçivəsində Şəki, Oğuz və Qəbələdən olan şəhid valideynlərindən övladları, Vətənin igid, ölməz oğulları barədə müsahibələr götürdük. 

Budəfəki müsahibimiz 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olan Vətən müharibəsi şəhidi Şahin Şamil oğlu Cəfərlinin anası Gülər Cəfərovadır. Bildirək ki, iyunun 28-i şəhidimizin ad günüdür, yaşasaydı 30 yaşı tamam olacaqdı. 

Qara libaslı, qara yaylıqlı analarımızdandır Gülər xanım, yeganə oğlu cəbhəyə gedib və şəhidlik zirvəsinə ucalıb. Ürəyi oğul yaralı ana bildirir ki, Şahin 2000-2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirib. “Oğlum çox sadə, halal, zəhmətkeş idi. Uşaqlıqdan texnikaya, kənd təsərrüfatına  xüsusi maraq göstərirdi, torpağı sevirdi. Atası traktorçu idi, özü də atası kimi traktorçu oldu. Bu işə həvəs onda atası traktorçu olduğu üçün yaranmışdı. 

“Bütün Azərbaycan oğulları kimi mənim oğlumun da ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi” 

Bununla yanaşı çox vətənpərvər, zəhmətkeş bir bala idi. 

Vətən müharibəsi başlamazdan əvvəl sentyabrın 21-də çağırışla gedib, sentyabrın 27-də də 44 günlük Vətən müharibəsi başlayıb.  

Şahin 2012-2014-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olub. Xidmətdə olarkən atasına dəfələrlə komandanlığın təşəkkür məktubları gəlirdi. Bütün Azərbaycan oğulları kimi mənim oğlumun da ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. Onu da deyim ki, Şahin 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak edib. Qeyd etdiyim kimi, 2020-ci ilin sentyabrında da səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan oğlum Şahin Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində döyüşüb. Top alay atıcısı kimi çox fərqlənib. 

Balam oktyabrın 1-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub, oktyabrın 2-də Xalxalqışlaq kəndində dəfn olunub”.

Gülər ana dedi ki, oğlu 26 yaşında şəhdilik zirvəsinə ucalıb, özündən sonra Jasmin adlı bir qızı qalıb. Jasmin də bütün şəhid balaları kimi atasının bir gün qayıdacağı günü gözləyir, amma atası da, başqa şəhidlərimiz də Tanrının uca mərtəbəsindən övladlarına baxırlar, ruhları ilə onları qoruyurlar. 

“Oğlum evli idi. Qızı Jasmin oğlumun şəhid olmasından sonra doğuldu. Atası oktyabrın 1-i şəhidlik zirvəsinə ucaldı, dekabrın 23-ü nəvəm dünyaya gəldi. Özümün bir qızım, bir oğlum vardı, Şahin həm sonbeşiyim, həm də yeganə oğlum idi. Şahinsiz yaşamaq çox çətindir, övladı da hər zaman atasının yolunu gözləyir. Yoldaşını özü sevib – seçmişdi, el adəti ilə ona gözəl toy etdik. 

Hər dəqiqə Şahinin yolunu gözləyirəm, elə bilirəm ki, indi qapını açıb içəri girəcək. Harasa gedəndə də evə tez getməyə çalışıram ki, birdən Şahin gələr məni evdə tapmaz. Evimizin hər yanını oğlumun şəkilləri ilə bəzəmişik. Bilirsiz, çox çətindir. Oğlumun şəhid olduğuna hələ də inana bilmirəm, yolunu gözləyirəm...”

Ana deyir ki, bəzən ona elə gəlir, oğlu traktorla yer əkməyə gedib, özünü insanların harayına çatdırıb.

Bütün bununla yanaşı, ananın sözlərinə görə, acısı böyük olsa da, oğlunun şəhid adı ilə qürur duyur.  

Ana qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. 

Ana deyir ki, övladından yadigar qalan nə varsa hamısını göz bəbəyi kimi qoruyur, onlardan oğlunun ətrini alır. Dövlət başçısının oğlunun əməyinə böyük qiymət verdiyini deyən ana bildirdi ki, Şahinin böyük bir amal uğrunda şəhid olması ilə fəxr edir. 

Ürəyi dəmirçi kürəsi kimi yanan Gülər ana danışdıqca kövrəlir, göz yaşlarını saxlaya bilmirdi. Gecə-gündüz ağlayıb-oxşamağı, balasının məzarının başına pərvanə kimi dolanmağı özünə peşə bilən ananın ağrı-acısı dünyaya sığmır. Respublika Xatirə Kitabı Redaksiyasının şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində gördüyü işləri təqdir edən şəhid anası bildirdi ki, oğlunun adı da bu kitablarda əks olunur, xatirəsi yaşadılır.

Gülər ana bu gün təsəllini balaca Jasmindən alır, deyir ki, balasının balası ona bəzən qüssəni, kədəri bir anlıq unutdurur. Nə yaxşı ki, şəhidlərdən yadigar qalan övladları var, o övladlar şəhid ataların bizlərə yadigarıdır...

İyunun 28-də 30 yaşı tamam olan şəhidimiz, igid döyüşçü Cəfərli Şahin Şamil oğlunu xatırladıq. Şahin kimi qəhrəmanlarımızın ruhu şaddır...

İradə SARIYEVA
Şəki-Bakı








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031