Rusiya tərəfdən Ukraynada döyüşən əcnəbilərin sayı açıqlandı - 30 min nəfər isə saxlanıb...
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin vətəndaşlıq aldıqdan sonra Ukraynada xüsusi hərbi əməliyyata qatılan əcnəbilərin sayının 10 min olduğunu açıqlayıb.
Bastrikin vətəndaşlığı olduğu halda hərbi xidmətdən yayınmağa çalışarkən tutulan əcnəbilərin sayının 30 min olduğunu deyib.
"Biz vətəndaşlıq qəbul edən, lakin hərbi xidmət üçün qeydiyyatdan keçmək istəməyən otuz mindən çox insanı yaxaladıq. Onların on minə yaxını xüsusi hərbi əməliyyata göndərilib", - Bastrikin bildirib.
TAHİR