Vahid Ələkbərov Rusiyada yenə birinci oldu...
"Forbes" 2023-cü il üçün 50 ən zəngin rusiyalının yeni reytinqini açıqlayıb. Siyahıya dəyəri 177,4 milyard rubl qiymətləndirilən "Lukoyl"un əsas səhmdarı Vahid Ələkbərov başçılıq edir.
İkinci yerdə "Novatek" qaz şirkətinin səhmdarı Leonid Mixelson (105 milyard rubl), üçüncü yerdə isə kimya istehsalçısı "Sibur Holdinq"in səhmdarı Gennadi Timçenko (84,6 milyard rubl) yer alıb.
Dördüncü və beşinci yerləri USM və "Pharmstandard"ın təsisçiləri Əlişir Usmanov və Viktor Xaritonin tutur (müvafiq olaraq 79,9 milyard və 77,6 milyard rubl məbləğində dividend gəliri əldə ediblər).
İlk 10-luğa Leonid Fedun (57,1 milyard rubl), Aleksey Tayçer (51,5 milyard rubl), Andrey Skoç və ailəsi (48,9 milyard rubl), Andrey Quryev və ailəsi (45,8 milyard rubl), həmçinin Vladislav Sviblov (36,2 milyard rubl) daxil olub. rubl).
ZÜMRÜD