Bəşəriyyət ABŞ-la Rusiyanın arasında 2-ci "Karib böhranının" şahidi olacaqmı?..
"63 ildən sonra "Karib böhranı" bəlkə yenidən təkrarlanır? 1961- ci ildə Xruşşovun qorxuya bükülmüş azacıq məsuliyyəti və ABŞ prezidenti Kennedinin müdrikliyi sayəsində Karib dənizindəki olay dünya müharibəsinə çevrilmədən tarixdə yalnız " Karib böhranı" adı ilə qaldı.Aralarında atom sualtı qayıqlarının da üzə çıxdığı sovet armadası Kubanı müdafiə mühasirəsinə alaraq ABŞ- la üz-üzə dayandı....və Kennedinin müdrikliyi sayəsində dünya nüvə müharibəsinin start atışları baş vermədi."
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır.
A.Quliyev daha sonra yazır:
"Üstündən 63 il keçəndən sonra yenə də aralarında "Kazan" atom sualtı qayığının olduğu freqat, tanker, xilasedici buksirdən ibarət 4 Rusiya gəmisi Kuba sahillərində, Havana limanında görünəcəklər. Atom sualtı qayıq, freqat, xilasedici buksir Kubada nə edəcəklər? Bu donanma hansı planın tərkibidir ?
Geri dönəcəklərmi? ABŞ Ukraynaya Rusiya hədəflərini vurmaq icazəsi verəndən sonra bu donanmanın Kubaya göndərilməsi cavab sayıla bilərmi? Mayın 27- dən yola çıxan donanma 15 günlük okean yolunu sadəcə 5 gün Kubada qalmaq xatirinə qət edir? Putinin "məni nüvə silahından istifadəyə məcbur etməsinlər" bəyanatından sonra bu hadisə təsadüfdür?
Bu hadisə şərti olaraq 2- ci "Karib böhranı" kimi qiymətləndirilə bilərmi?..."