“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1154-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 68.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 68.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1154-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “68.4-1-ci maddəsində” sözləri “68.4-1, 68.6-cı maddələrində” sözləri ilə əvəz edilsin;
3.2. 2.3-1-ci bəndə “65.5,” rəqəmlərindən sonra “68.6,” rəqəmləri əlavə edilsin;
3.3. 2.4-cü bənddən “68.6,” rəqəmləri çıxarılsın;
3.4. 2.4-1-ci bənddən “179,” rəqəmləri çıxarılsın;
3.5. 2.4-2-ci bəndə “163.2” rəqəmlərindən sonra “,179” rəqəmləri əlavə edilsin;
3.6. 2.11-ci bənddə “155.5, 178.2-ci” sözləri “155.5-ci” sözləri ilə əvəz edilsin;
3.7. 2.18-ci bənddən “rayon (şəhər)” sözləri çıxarılsın.