“TotalEnergies”: "Məqsədimiz “Abşeron” yatağında əməliyyatları yüksək səviyyədə həyata keçirməkdir"
Məqsədimiz “Abşeron” yatağında əməliyyatların yüksək səviyyədə həyata keçirilməsidir. Yatağın gələcək işlərinə müsbət baxışımız var.
Bu sözləri “TotalEnergies” şirkətinin birgə müəssisə və inkişaf direktoru Ceyson Fiş Bakı Enerji Forumunun ikinci günündə “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O forumda iştirak etməkdən məmnunluğunu bildirib.
“Dayanıqlıq aspektindən danışdıqda üzərimizə düşən əsas başlıca vəzifə mövcud resurslardan səmərəli şəkildə istifadə etməkdir. Azərbaycanda çox gözəl resurslar var. Burada bu sahəni daha da inkişaf etdirmək bizim əsas vəzifəmizdir. Gələcəkdə əldə edəcəyimiz dinamik məlumatlar əlavə resurslardan daha effektiv istifadə etməyə yönəldəcək”, - deyə Ceyson Fiş vurğulayıb.
NAMİQ