"Rusiyaya qarşı sanksiyaları dəstəkləmirik, lakin faydalı olduğu üçün ona əməl edirik" - Qazaxıstan rəsmisi
Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarin bildirib ki, Astana anti-Rusiya sanksiyalarını dəstəkləmir, lakin "iqtisadi baxımdan faydalı olduğu üçün" ona əməl edir.
“Biz (Rusiyaya qarşı) koalisiyanın üzvü deyilik, birtərəfli sanksiyalar siyasətini dəstəkləmirik. Ancaq iqtisadi baxımdan bizə faydalı olduğu üçün ona əməl edəcəyik. Bizim iqtisadiyyatımız kiçikdir, təbii ki, sanksiyaların təzyiqinə tab gətirməyəcəyik. Ona görə də biz daim dialoqdayıq, ABŞ və Avropa İttifaqı ilə birbaşa işləyən mərkəzlərimiz var”, – deyə baş nazirin müavini qeyd edib.
TAHİR