Rusiyadan Polşaya təhdid - “15 dəqiqədə 30-40 raketlə Polşa dövlətini də, Polşa xalqını da yox edərik...”
Üç ildir Ukrayna ilə müharibədə olan Rusiya ilə NATO üzvü olan Polşada arasında da gərginliyi artır. Rusiyanın dövlət telekanalı “Rossiya 1”də yayımlanan bir proqramda səslən fikirlər regionda davam edən müharibə ilə bağlı qorxuları daha da artırıb.
Polşaya təhdidlər yağdırıb rusiyalı hərbi ekspert Konstantin Sivkov 10-15 dəqiqə ərzində həm Polşa dövlətinin, həm də Polşa xalqının yox olacağını deyib.
“Gəlin Polşaya baxaq. Bu, kiçik bi ölkə nüvə müharibəsi teatrına çevrilə biləcək ən real namizəddir... Orada 20 böyük şəhər varmı? Mən belə düşünmürəm. Hər şəhərə iki nüvə raketi ayırsaq, bu, cəmi 30-40 raket edər" sözləri ilə Ukraynanı dəstəkləyən Polşanı təhdid edən rus donanmasının istefada olan zabiti Sivkov deyib ki, bu vəziyyətdə 10-15 dəqiqədən sonra həm Polşa dövləti, həm də Polşa xalqı məhv ediləcək, Polşa dili də yox olacaq.
TAHİR