Rusiyadan ŞOK İDDİA - Qərb Gürcüstanda hökuməti devirə bilər...
Gürcüstanda bir müddətdir müzakirə olunan və kütləvi etiraz aksiyalarına səbəb olan “Xarici agent” qanunu bu yaxınlarda təsdiqləndi. Ölkəni qarışdıran qanunun tədiqlənməsindən sonra Rusiyadan diqqətçəkən bir iddia ortaya atılıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Qərb oktyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı Gürcüstanda gərginliyi artırmağa çalışır.
2014-cü ildə Ukrayna lideri Viktor Yanukoviçin istefasına səbəb olan “Maydan” hərəkatını xatırladan Qaluzin iddia edib ki, Qərb Gürcüstanda da eyni ssenari ilə hökuməti devirə bilər: “Rusiyanın yaxınlığında başqa bir gərginlik mərkəzi yaratmaq üçün Qərbin “Maydan” ssenarisini işə salaraq rejimi dəyişməyə cəhd edəcəyini istisna etmirik" .
Qaluzin iddia edib ki, Gürcüstanda “xarici agent” qanununun qəbulu ilə bağlı başlanan etirazlarla 10 il əvvəl Ukraynada baş verən etirazlar arasında paralellər var.
TAHİR