Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
Mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb. Bu mərhələdə şəhərə köçürülən 57 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.
Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.