Fransa Polineziyanı nüvə silahlarının sınaq poliqonuna çevirib - 1966-cı ildən bugünə qədər 193 fakt...
Ölkəmizdə Fransa tərəfindən 193-ə qədər nüvə silahı sınağı keçirilib. Bu, təbiəti çirkləndirməklə bərabər, insanların sağlamlığına da mənfi təsir göstərib. Bu da sübut edir ki, Fransa nüvə silahının tərəfdarı kimi ekologiyaya, insanlığa ciddi ziyan vurub.
Bu fikirləri Fransız Polineziyası Assambleyasının Təhsil, Gənclər və İdman Komissiyasının sədri Heinui Le Kailil “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.
Şüalanma səbəbindən xəstəliklərin müşayiət olunduğunu diqqətə çatdıran qonaq qeyd edib: ”Biz Fransadan xalqımıza qarşı törətdiyi bu əməllərə görə cavab verməyi tələb etmişik, bu məsələ ilə bağlı iddia qaldırmışıq. Şüalanmadan əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla vəsait tələb olunur...
Burada Fransanın bizə heç bir dəstəyi yoxdur. 1966-cı ildə birinci dəfə nüvə atışı edərkən həmin ərazidə 100 min adam var idi, Fransa öz əhalisini qorumaq üçün nüvə sınağını bizim ərazilərimizdə həyata keçirmişdi və biz bir növ qurban verilmişdik”, - deyə o əlavə edib.
Bu gün Fransanın apardığı müstəmləkəçilik siyasətinə görə təcrid olunduqlarını deyən “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu isə yaradılan şəraitə görə Azərbaycana təşəkkür edib. “İstərdim ki, Azərbaycana təşəkkür edək. Biz artıq bütün prosedurları keçmişik. Biz artıq BMT-nın başlatdığı prosesin sonuna çatmışıq. Bu gün bizim sizin köməyinizə ehtiyacımız var. Bu gün biz Fransanın istəyinə görə təcrid olunmuşuq. Ona görə ki, Fransa bizim ərazilərimizdə nüvə sınaqlarının davam etdirmək istəyir. Ona görə ki, biz Fransanın müstəmləkəçilik siyasətinə görə təcrid olunmuşuq
Biz bu gün sizdən kömək üçün gəlmişik.
Biz inanırıq siz bizim səsimizi beynəlxalq ictimaiyyətə çatdıracaqsınız, bizə köməklik göstərəcəksiniz. Biz minilliklər boyu mövcud olan xalqıq, lakin siyasi baxımdan biz gəncik. Biz istəyirik ki, nəhayət haqq-ədalət öz yerini tapsın”, - deyə o əlavə edib.
NAMİQ