"Biz müstəmləkədən azad olmalıyıq" - Marania Vaianui
Fransız Polineziyasının inkişaf üçün iqtisadi imkanları böyükdür. Biz müstəmləkədən azad olmalıyıq. Bu, birmənalıdır. Ölkəmə dəstəyinə görə Azərbaycana təşəkkür edirəm.
Bunu Azərbaycanda səfərdə olan Fransız Polineziyasının nümayəndə heyətinin üzvü, Tavini Huiraatira Partiyası sədr müavinin xarici əlaqələr üzrə müşaviri Marania Vaianui “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda mayın 30-da Bakıda keçirilən konfransda səsləndirib.
BMT-nin Baş Assambleyasının qətnamələrini xatırladan qonaq bildirib ki, Fransa bu qətnamələri yerinə yetirmir.
“Biz müstəqil olmalıyıq. Ölkəmizin, torpağımızın zənginliyini, təbii sərvətlərini qorumaq üçün bunu etməliyik”, - deyə nümayəndə heyətinin üzvü vurğulayıb.
ZÜMRÜD