Minaların ətraf mühitə təsirinin azaldılması təhlükəsiz və “yaşıl gələcək” üçün vacibdir - nazirdən AÇIQLAMA
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda video müraciətlə çıxışı zamanı bəyan edib ki, Azərbaycanın bir zamanlar işğal altında olan ərazilərinin azad edilməsi təkcə suverenliyin və ədalətin təntənəsi deyil, həm də ciddi ekoloji çağırış və fürsət idi.
“Təhlükəsiz və “yaşıl gələcək” üçün minaların ətraf mühitə təsirinin azaldılması və resursların səfərbər edilməsi vacibdir. Qlobal ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizə səylərini artıracağı COP29-a hazırlaşdığımız dövrdə silahlı münaqişə irsinə xüsusi diqqət yetirməklə ekoloji dayanıqlılıq, sülh və təhlükəsizlik arasında dərin əlaqələri qəbul etmək vacibdir. Azərbaycan bu əlaqəni başa düşür”, - o bildirib.
Mətləb Salahov