ABŞ və Almaniya NATO üzvlüyü ilə bağlı Zelenskini məyus etdi - mümkün olmayanı tələb etməyin...
Ukraynanın Qərb müttəfiqləri prezident Zelenskidən “mümkün olmayanı tələb etməməyi və ölkənin alyansa daxil olma vaxtı ilə bağlı NATO üzvlərinə təzyiq göstərməməsini istəyiblər.
Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, xüsusilə ABŞ və Almaniya Ukraynanın NATO-ya daxil olma vaxtının dəqiqləşdirilməsinə və bu prosesin sürətləndirilməsinə qarşıdır. Qeyd edilir ki, Birləşmiş Ştatlar, ola bilsin Almaniya qədər narahat deyil, lakin alyansın digər üzvlərinə yönəlik rus təhdidləri ilə bağlı müəyyən narahatlıq var.
İngiltərə, Litva və Fransa isə iyulda keçiriləcək NATO sammitinin yekun sənədində “Ukraynanın NATO üzvlüyünə dəvət edilməsi” ifadəsinin hansısa formada yer almasını təkid edirlər.
Nəşr yazır ki, NATO-nun builki sammitində, Rusiya ilə müharibədə NATO-nun mümkün iştirakı təhlükəsi səbəbindən Ukraynanın alyansa qoşulma yolunda irəliləyişi olmayacaq və bununla bağlı alyans üzvlərinə təzyiqləri dayandırması üçün Zelenskiyə xəbərdarlıq da edilib.
Müəllif hesab edir ki, bu, qərbli həmkarları tərəfindən alyansdan “imkansızı” tələb etməmək barədə xəbərdarlıq edilən Zelenski üçün məyusedici ola bilər.
TAHİR