İsrail rəsmisi Qəzzada döyüşlərin ən azı 7 ay davam edəcəyini açıqladı...
Qəzzada döyüş bu il bitməyəcək. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, baş nazir Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri Tzaçi Haneqbi bildirib.
O qeyd edib ki, hazırda İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə Misir arasındakı bufer zonası olan Fildelf marşrutunun 75%-nə nəzarət edir.
"Qəzzada döyüşlər ən azı daha 7 ay davam edəcək", - yəhudi rəsmi əlavə edib.