KÖHNƏ VERSİYA            

Paşinyana əvvəlki hakimiyyətlərin Qarabağ cinayətlərini tanımaq şansı verildi...

Image

Xəyal Bəşirov: “İndi iş qalıb Ermənistanın üzərinə düşən öhdəliyə ki, Ermənistan bunu qəbul edib bu cinayətlərin bu ölkənin keçmiş rəhbərləri tərəfindən törədildiyini rəsmi şəkildə bəyan etsin, Azərbaycandan üzr istəsin”

“Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir”. Bunu Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə görüşü zamanı deyib.

"Ancaq bunu etməklə, ola bilsin ki, indiki Ermənistan rəhbərliyi o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın", - deyə Azərbaycan Prezidenti  bildirib.

Beləliklə, indiki Ermənistan hakimiyyəti özündən əvvəlki hakimiyyətlərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri tanıya və Prezidentin də qeyd etdiyi kimi, o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. 

Yəni Paşinyana əvvəlki hakimiyyətlərin Qarabağ cinayətlərini tanımaq şansı verildi.

“Bu cinayətləri etiraf etməklə və üzr istəməklə, əslində Ermənistan səmimi peşmançılığını ortaya qoymuş olar” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən, işğalda olan ərazilərini tam azad etdikdən, işğala son qoyduqdan sonra orada baş verən cinayətlər, vəhşiliklər artıq məlumdur. “Bu prosesdən ən çox və ən səhih məlumata malik olan şəxs kimi Prezidentin qeyd etdiyi məqamlar əslində çox vacib məsələdir. Nəyə görə? Biz Ermənistanla İkinci Qarabağ müharibəsində danışıqlar, sülh yolu ilə barış əldə etmək, işğala son qoymaq istədik. Ancaq Ermənistan buna razılıq vermədi. İkinci Qarabağ müharibəsi reallaşdı və bu dövrdə də Ermənistan Azərbaycana qarşı böyük vəhşiliklər törətməyə cəhd göstərdi. Gücü çatsaydı, imkanı olsaydı eyni cinayətləri təkrar edərdi. Sadəcə, Azərbaycan dövləti, Azərbaycan Silahlı Qüvvələri daha güclü idi və Azərbaycana rəhbərlik edən şəxs daha uzaqgörən siyasət yürüdürdü, hər şeyi hesablayırdı, hər şeyi dəqiqliyi ilə müşahidə edib ən uğurlu qərarlar verirdi. Buna görə Ermənistan Azərbaycana qarşı planlaşdırdığı növbəti vəhşiliyi törədə bilmədi. Azərbaycan döyüş meydanında Ermənistana qalib gəlib, bunu bütün dünya görüb, Azərbaycan siyasi və diplomatik müstəvidə də bu ölkəyə qalib gəlib. Eyni zamanda, qalib gəlməkdədir.  Bu prosesin məntiqi nəticəsidir ki, Ermənistanı sərhədlərin delimitasiya və demarkasiyasına məcbur edib, Ermənistan Azərbaycana aid kəndləri Azərbaycana vermək məcburiyyətində qalıb. Bu, müharibədəki kapitulyasiyanın məntiqi davamı kimi siyasi və diplomatik kapitulyasiyadır ki, Ermənistan bu prosesə riayət edir. Bizim Ermənistanla aramızda açıq qalan əsas məsələ məhz hüquqi müstəvidə olacaq məsələdir. İşğaldan azad edilmiş ərazilərdə törədilmiş o vəhşiliklər, Azərbaycan xalqına, dövlətinə məxsus olan dini, tarixi-mədəni abidələrin dağıdılmasını, ekologiyamıza vurulmuş ziyanları, edilmiş vandallıqları, eyni zamanda digər cinayətlər, habelə, Qərbi azərbaycanlıların ora qayıtması və onlara vurulmuş saysız zərərlə bağlı məsələr açıq qalıb. Ancaq sülh gündəliyinə aid olan məsələ kimi, düşünürəm ki, hüquqi müstəvidə olan məsələ Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdir, o cinayətləri törədən şəxslərə Ermənistan dövlətinin mövqeyidir”-deyə bildirən X.Bəşirov hesab edir ki, Ermənistanın hazırkı hakimiyyəti ilə Azərbaycan dövləti bu məsələdə eyni mövqe sərgiləməlidir. O vurğuladı ki, Paşinyan həqiqətən də sülhə nail olmaq, Azərbaycanla münasibətləri normallaşdırmağa da qərarlıdırsa və həmişəlik sülh əldə etmək istəyirsə, bu halda Azərbaycanın haqlı tələblərinə ən azından özünün münasibətini bildirməli, bu istiqamətdə imkanları çərçivəsində rəsmi mövqe ortaya qoymalıdır. “Bu gün Ermənistanda Azərbaycana qarşı növbəti müharibəyə revanşist çağırışlar edən kilsədən olan cinayətkar ünsürlər, eyni zamanda onları pərdə arxasında dəstəkləyən və onlara maliyyə yardımları edən Robert Köçəryan, Serjik Sarkisyan, Seyran Ohanyan kimi cinayətkar ünsürlər və onların ətrafında olan şəxslərdir. Yəni bu şəxslər faktiki olaraq Azərbaycan xalqına, Azərbaycana qarşı cinayətlər törədiblər, bununla bağlı kifayət qədər sübutlar var. Xocalı soyqırımında birbaşa əli və iştirakı olan  Ermənistana zamanında prezidentlik və sonradan da baş nazirlik etmiş, Paşinyan tərəfindən biabırsızcasına hakimiyyətdən qovulmuş Serjik Sarkisyan adlı cinayətkar ünsür hələ prezident olarkən Böyük Britaniya mətbuatına müsahibəsində “Xocalı faciəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, biz mülki insanlara əl qaldırmayacağıq. Ermənistan tərəfi Xocalı faciəsi ilə azərbaycanlılara, sadə insanlara və mülki vətəndaşlara qarşı da cinayətlər törətməyə hazırıq” dedi. Bu o cinayətkarın dilindən çıxan sözlərdir. Serjik Sarkisyan “azərbaycanlılar düşünürdü ki, biz silahsız vətəndaşlarına əl qaldırmayacağıq, amma Xocalı soyqırımı ilə biz o sindromu qırdıq” deyə qeyd edirdi. Bu fikir dövlətə rəhbərlik edən şəxs tərəfindən deyilirsə, bu artıq dövlətin cinayətkar siyasətindən, soyqırım siyasətindən, vəhşi siyasətindən xəbər verir ki, belə şəxslər cəzasız qala bilməz. Belə cinayətkarların cəzasız qalması nəinki Azərbaycan üçün, bütün bəşəriyyət, insanlıq üçün təhlükəlidir. Ermənistan toplumu özünü bəşəriyyətin və insanlığın tərkib hissəsi hesab edirsə o cinayəkarların varlığı onların özü üçün də təhlükə saçır. Düşünürəm ki, Nikol Paşinyan bu məsələdə mövqe ortaya qoymalıdır. Söhbət Paşinyanın şəxsi mövqeyindən getmir, söhbət onun rəhbərlik etdiyi və Azərbaycanla sülhə hazır olan Ermənistan dövlətinin mövqeyindən gedir. Nikol Paşinyan bu məsələdə ədalətli və haqlı mövqe sərgiləməlidir ki, həm o cinayətkar şəxsləri cinayət məsuliyyətinə cəlb etməklə tarixi ədalətin bərpa edilməsində iştirak etsin, eyni zamanda Ermənistan cəmiyyətini, erməni toplumunu, dövlətini belə cinayətkar ünsürlərdən təmizləmiş olsun. Nikol Paşinyan Ermənistan konstitutsiyasına dəyişiklik etmək istəyirsə, o konstitutsiyaya ki, orada Azərbaycana qarşı ərazi iddiaları var, eyni zamanda indiki Ermənistan qanunvericiliyinə dəyişiklik etmək niyyətindədirsə, yalan, saxta erməni tarixindən real Ermənistan tarixinə keçid etmək məqsədindədirsə, o erməni tarixinin əsas cinayətkar ünsürləri, onların tör-töküntüləri olan bu şəxslərdən də Ermənistan cəmiyyətini, Ermənistan dövlətini azad etməlidr. Yalnız bu halda Ermənistanın Baş naziri real Ermənistan tarixinə keçə bilər ki, onunla  və digər region dövlətləri ilə Ermənistan əməkdaşlıq edəcək”-deyə X.Bəşirov qeyd etdi.

O vurğuladı ki, Prezident İlham Əliyev müharibədən əvvəl də Ermənistana bu cür çağırışlar edib, silahı yerə qoyub bizə qarşı düşmənçilikdən əl çəkin, ərazilərimizi işğal altında saxladığınızı etiraf edin, Qarabağda qanunsuz saxladığınız qoşunlarınızı geri çəkin. “Prezident eyni çağırışı indi də onlara edir ki, indiki Ermənistan hakimiyyəti keçmiş hakimiyyətlər dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdilən cinayətləri etiraf etsin və buna görə Azərbaycan dövlətindən, xalqından üzr istəsin. Təbii ki, bu, Azərbaycan Prezidenti tərəfindən sərgilənən səmimi və humanist bir yanaşmadır, bu, Azərbaycan tərəfinin ədalətli yanaşmasıdır, dövlətimizin Ermənistanla düşmənçiliyin gələcəyə saxlanılmaması ilə bağlı təşəbbüsüdür. Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra qalib gəlmiş bir dövlətin rəhbəri kimi bu təşəbbüsləri, sülh təşəbbüsünü ortaya qoyur.  Əslində, Ermənistanın Baş naziri özü də başa düşməlidir, erməni xalqı da anlamalıdır ki, onlar Azərbaycanın üç rayonunu - Ağdam, Kəlbəcər və Laçının müharibəsiz Azərbaycana qaytarılmasını qəbul edib bunu icra etməklə, eyni zamanda Qazaxın dörd kəndini Azərbaycana könüllü şəkildə təhvil verməklə bir daha  bu torpaqları 30 ilə yaxın bir müddət ərzində işğal altında saxladıqlarını sübut ediblər. İşğal altında saxladıqları həmin o torpaqların, ərazilərin hər birində tükürpədici cinayətlər, faciələr  baş verib. O faciələrə görə məsuliyyət onların üzərində qalır. Əslində, Ermənistan tərəfi anlamalıdır ki, faktiki bu cinayətləri törətdiklərini qəbul ediblər, sadəcə, bu cinayətləri  dilə gətirməlidirlər. Necə ki, Nikol Paşinyan 2022-ci ilin 6 oktyabr tarixində Çexiyanın Praqa şəhərində Azərbaycanın ərazi bütövlüyünü BMT nizamnaməsi və Almatı bəyannaməsi çərçivəsində tanıdğını dilə gətirdi. Bu məqamları da dilə gətirməlidir və qeyd etməlidir ki, Ermənistana zamanında rəhbərlik etmiş cinayətkar ünsürlər Azərbaycan xalqına qarşı soyqırım cinayətləri, Azərbaycan dövlətinə qarşı  ekosid, kultsid törədiblər”-deyə X.Bəşirov qeyd etdi.

O bildirdi ki, Paşinyan hökuməti etiraf etməlidir ki, o cinayətkar ünsürlər Azərbaycan şəhərlərini, kəndlərini urbasid, azərbaycanlıları genosidə məruz qoyublar. “Bu cinayətləri etiraf etməklə və üzr istəməklə, əslində Ermənistan səmimi peşmançılığını ortaya qoymuş olar.  Bu da müəyyən mənada Azərbaycan tərəfini qane edəcək, ümumiyyətlə bu proseslə bağlı Ermənistanın səmimi peşmançılığı yumşaldıcı məqamlara yol açacaq.  Düşünürəm ki, bununla da biz Ermənistanın səmimiliyinə, bu ölkənin Azərbaycanla sülhə hazır olduğuna inanacağıq.  Fikrimcə, Ermənistan tərəfindən bu üzr istəmə prosesi həm də o tarixi cinayətlərin tanınması demək olacaq. Hesab edirəm, bu, Azərbaycan Prezidentinin ən adekvat, ən ədalətli yanaşmasıdır ki, o bu məsələni açıq şəkildə bəyan edib. İndi iş qalıb Ermənistanın üzərinə düşən öhdəliyə ki, Ermənistan bunu qəbul edib bu cinayətlərin bu ölkənin keçmiş rəhbərləri tərəfindən törədildiyini rəsmi şəkildə bəyan etsin və Azərbaycandan üzr istəsin”-detə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031