Buzovnada ölümlə nəticələnən yol qəzası baş verib
![Image](/uploads/posts/2024-05/96033172-dc1a-3d26-9294-0d981ae43052_850.webp)
Bakının Xəzər rayonun Buzovna qəsəbəsində ölümlə nəticələnən avtoqəza olub. Belə ki, 1990-cı il təvəllüdlü Həsənova Səadət Rauf qızı idarə etdiyi "Mercedes" markalı avtomobillə Buzovna-Bakı şossesi istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Əliyeva Səadət İbadət qızını vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.
Mətləb