Putindən Avropaya açıq təhdid - Döyüşmək istəyirlər? Yaxşı onda...
Fransa, sonra isə Polşa Ukraynaya qoşun göndərəcəklərini bəyan etdikdən sonra Rusiya prezidenti Vladimir Putin Avropanı açıq təhdid edib. Putin rəsmi təmaslar üçün səfər etdiyi Özbəkistanın paytaxtı Daşkənddə diqqət çəkən açıqlamalar verib.
"Biz radioda daim ingilis, fransız və polyak dillərində danışıqlar eşidirik. Biz bilirik ki, muzdlular deyilən o adamlar artıq oradadır. Bu, Avropada və dünyada ciddi münaqişəyə doğru bir addımdır. Onlar bunu istəyirlər? Yaxşı onda...
Xüsusilə Avropadakı NATO ölkələri və kiçik dövlətlərin nümayəndələri nə ilə oynadıqlarını bilməlidirlər. Onlar unutmamalıdırlar ki, ümumiyyətlə, əhalisi çox, torpaqları kiçik olan ölkələrdir. Onlar Rusiya ərazisinin dərinliklərinə hücum etməkdən danışmazdan əvvəl bu amilləri nəzərə almalıdırlar" - deyə Putin bildirib.
TAHİR