Laçında "Sağlam həyat" günlərinə start verilib
Müstəqillik Günündə Gənclər və İdman Nazirliyi Laçın şəhərində "Sağlam həyat" günlərinə start verib. Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, uzunluğa tullanma, topatma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.
"Sağlam həyat" günləri layihəsi ilk dəfədir işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.
Mətləb