Daha bir milyarder "Titanik" yolçusudur...
Ohayodan olan milyarder Larri Konnor batmış "Titanik"ə enişini təkrarlamaq niyyətindədir. Bu barədə "The Wall Street Journal" məlumat yayıb. “Mən bütün dünyada insanlara göstərmək istəyirəm ki, okean son dərəcə güclü olsa da, ona düzgün yanaşsanız, gözəl və zövqlü ola bilər və həqiqətən həyatı dəyişə bilər” deyə, o bildirib.
İdeyasını həyata keçirmək üçün iş adamı "Triton Submarines" şirkətinin yaradıcısı və rəhbəri Patrik Laheyə müraciət edib. Konnorun sözlərinə görə, Lahey 10 ildən artıqdır ki, sualtı qayığı dizayn edirdi. Onların hər ikisi artıq 20 milyon dollar dəyərində olan "Triton 4000/2 Abyssal Explorer" adlı iki nəfərlik sualtı qayıqda "Titanik"ə 12,400 futdan çox (təxminən 3,7 km) dərinliyə enməyə hazırdırlar.
Mətləb