Bu ölkədə torpaq sürüşməsi 27 can aldı
Hindistanın Mizoram əyalətində güclü “Remal” siklonu səbəbindən ölənlərin sayı artıb. “Hindustan Times” nəşrinin yazdığına görə, baş verən torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 27-yə çatıb.
Daha əvvəl Mizoram ştatındakı karxanalardan birində baş verən çökmə və sürüşmə nəticəsində azı 15 nəfərin həlak oluduğu bildirilirdi.
Hindistan Meteorologiya İdarəsindən bildirilib ki, sürəti saatda 125 km/saat-a çatan küləkdən sonra leysan yağış yağıb.
Mətləb