XİN Ermənistanın mina terroru ilə bağlı növbəti dəfə beynəlxalq ictimaiyyətə çağırış etdi...
Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.
"Ermənistanın yerləşdirdiyi minalar işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməkdə və əlil etməkdə davam edir. Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndində minanın partlaması nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) 27 yaşlı əməkdaş ağır yaralanıb, ayağı amputasiya edilib.
Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerlərini əks etdirən dəqiq xəritələri verməkdən imtina etməsi səbəbindən minalardan təmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir", - deyə bildirilib.
ZÜMRÜD