Fransa Ukraynaya əsgər göndərir - Kiyev rəsmən təsdiqlədi...
Ukraynanın Baş Qərargah rəisi Alksandr Sirski Fransanın Ukraynaya əsgər göndərəcəyini ilk dəfə olaraq rəsmən təsdiqləyib. Fransız hərbi təlimatçılarının Ukraynaya gələcəyini deyən Sirski bildirib ki, Ukrayna əsgərlərinin təlimində iştirak edəcək ilk təlimatçılarla bağlı lazımi sənədlər imzalanıb.
Sirski "Teleqram" mesajında Fransa hərbi təlimatçılarının Ukraynaya göndərilməsini alqışladığını bildirib. Sirski iki ölkənin müdafiə nazirlərinin lazımi sənədləri təsdiqlədiyini deyib. "İnanıram ki, Fransanın qətiyyəti digər tərəfdaşları da bu iddialı layihəyə qoşulmağa təşviq edəcək", - Sirski əlavə edib.
Qeyd edək ki, mayın əvvəlində Fransa prezidenti Makron demişdi ki, “Ukraynaya yardımın göstərilməsinə məhdudiyyət qoymağa ehtiyac yoxdur, çünki bütün Avropanın təhlükəsizliyi ondan asılıdır”. Fransa Xarici İşlər Nazirliyi isə Fransa ordusunun Ukraynada olması ilə bağlı xəbərləri təkzib etmişdi. Ancaq Rusiyanın xarici işlər naziri Lavrov peşəkar Britaniya və Fransa hərbçilərinin artıq döyüş bölgəsində olduğunu bildirib.
TAHİR