KÖHNƏ VERSİYA            

Azərbaycan - Çin yükdaşımalarında yenilik - avtonəqliyyatla daşımalar başlayır...

Image

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımaları həyata keçirilir. Çindən yola düşən 3 yük nəqliyyat vasitəsi Azərbaycana çatıb. 

Qeyd edək ki, layihənin əsas məqsədi Çin – Qazaxıstan – Azərbaycan – Gürcüstan marşrutu üzrə beynəlxalq avtomobil daşımalarında sərhəddə gözləmə vaxtları, gömrük prosedurları, nəzarət və yoxlamalar, habelə mövcud nəqliyyat infrastrukturu haqqında məlumatların əldə edilməsidir. Sözügedən yük nəqliyyat vasitələrini müşayiət edən Çin nümayəndə heyəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə Çin nümayəndə heyətinə Azərbaycan ərazisindən tranzit daşımalar, yük növlərinin daşınmasına dair tələblər, yükdaşımaların tənzimlənməsi və sair barədə ətraflı məlumat verilib, təqdimatlar nümayiş etdirilib. Bildirilib ki, ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Qeyd edək ki, həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edən layihənin uğurla həyata keçirilməsi Orta Dəhlizin potensialının artırılmasına, gələcəkdə ondan istifadənin genişləndirilməsinə töhfə verəcək. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin aparıcı qüvvəsi olan Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsinə və tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq. Məsələnin əsas məqamı isə odur ki, Çin artıq avtomobillər vasitəsilə də Azərbaycan üzərindən yükdaşımalara start verir. Bununla iki ölkənin iqtisadi müstəvidə münasibətləri daha sıx hala gələcək. Qeyd edək ki, regionları bir-birinə bağlayan yeni xətlərə maraq, o cümlədən Şərq-Qərb marşrutu ilə konteyner yükdaşımaların sayında əhəmiyyətli artım müşahidə olunur. Bu marşrutun tərkib hissəsi olan Orta Dəhliz böyük yükdaşıma həcmi və ciddi artım potensialına malik olması ilə diqqətləri daha çox üzərinə çəkir. Orta Dəhlizin əsas nəqliyyat qovşaqlarından olan Azərbaycan üzərindən bu dəhlizlə artıq Çin və Mərkəzi Asiyadan idxal və tranzit konteyner yükdaşımaları uğurla həyata keçirilir. Amma hadisələrin inkişaf axarı konteyner yükdaşımaları ilə yanaşı avtomobil nəqliyyatı ilə də daşımalara marağın artdığını nümayiş etdirir.   

Onu da bildirək ki, Orta Dəhliz layihəsinin ən böyük üstünlüyü sürətlə yanaşı yüklərin təhlükəsiz çatdırılmasıdır ki, bu da bütün tərəflər üçün tək zamana deyil, həm də vəsaitə qənaət deməkdir. Ümumiyyətlə,  Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən optimal marşrutdur. Xatırladaq ki, Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası elan edib və icrasına başlayıb. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur - “İpək Yolu İqtisadi Kəməri” və "Dəniz İpək Yolu". Çinin məqsədi böyük iqtisadi gücə malik alternativ dəhlizlərin yaradılmasıdır. Çin bir dəhlizdən asılı olmamaq üçün alternativ dəhlizlərin inkişafına diqqət ayırır. Elə bu fonda Azərbaycan üzərindən avtomobil nəqliyyatı ilə də daşımalara xüsusi diqqət olunur. Bu hal Azərbaycanın nəqliyyat sistemininin daha effektiv işləməsini təmin edir, yük daşınmanın faizini artır, gələcəkdə Zəngəzur dəhlizi üçün də əlavə perspektivlər yaradır. Aparılan hesablamalar göstərir ki, 2020-ci ildə dünyada yükdaşımanın həcmi 12 milyard ton olub, hesablamalara görə, bu göstərici 2030-cu ilə 25 milyard tona çatacaq. Bu, bizim ölkənin üzv olduğu dəhlizlərdə yükdaşımaların artmasına səbəb olacaq. Hazırda ölkədə həyata keçirilən işlər də buna hədəflənib. Ötən illər ərzində Azərbaycan yerləşdiyi coğrafiyanın yaratdığı imkanlardan yararlanaraq, ölkə ərazisini Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəhəng nəqliyyat və ticarət dəhlizinə çevirən transmilli layihələri reallaşdıra bilib.  Son 10 il ərzində Azərbaycan tranzit yüklərin ölkəmizin ərazisi ilə daşınması ilə bağlı iri infrastruktur layihələri reallaşdırıb, regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində zəruri olan digər mühüm addımlar ataraq bu sahədə ciddi uğurlar qazanıb. Azərbaycan hökuməti Şərqlə Qərb arasında yükdaşımalarda artan tələbatın qarşılanması məqsədilə ölkəmizin tranzit potensialının daha da gücləndirilməsi istiqamətində operativ fəaliyyətini davam etdirir. Bu məqsədlə hökumət Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsini qısa və orta müddətli perspektivdə gerçəkləşdirə biləcək tədbirləri özündə ehtiva edən  “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı”nı hazırlayıb. Bu sənədin əsas hədəfi mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları arasında koordinasiyanın yaxşılaşdırılması və bütün bu proseslərin vahid platforma üzərindən idarə olunmasıdır. Görülən işlər təkcə Çinin yox, həm də digər bir çox ölkənin Azərbaycanın tranzit imkanlarına maraq və diqqətini artırır.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031