Xankəndinin keçmiş "mer"i həbs olunub
Ermənistanda işğal illərində Azərbaycanın Xankəndi şəhərinin "mer"i olmuş David Sarkisyan saxlanılıb.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb.
Vəkil Sarkisyanın 20 sutka müddətinə həbs olunduğunu bildirib.
Qeyd edək ki, mayın 25-də Ermənistanın hüquq-mühafizə orqanları David Sarkisyanın evində axtarış aparıb.