KÖHNƏ VERSİYA            

Cümhuriyyət dövrü milli mətbuatımızda siyasi publisistikasının ən parlaq və ən dəyərli nümunələrinin müəlliflərindən - Məhəmməd Əmin Rəsulzadə...

Image

XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrində millətin oyanış, özünüdərk, istiqlal, türkləşmək, millilik düşüncələrinin renesans dövrü hesab olunur və əlbəttə ki, milli mətbuat bu prosesə təbiidir ki təsirsiz qalmırdı. M.Ə.Rəsulzadə dövlət haqqında yazırdı: “Dövlətlə millət arasında təzad bir mübarizə var. Dövlət və millət kəlmələrini mütəzad və mütəbariz mənada işlədirik. Çünki dövlət də millətin bir şəklidir. Millət – özək, dövlət qabıqdır. Fəqət bu tərif, şümuli bir millətə aid olan dövlətlər haqqında səhihdir. Digər təbirlə demək olar ki, bu tərif təbii təşkilata malik olan dövlətlər haqqındadır. Çünki ən təbii dövlət – milli olan dövlətdir. Fəqət təhti-idarəsində bir çox millətlər olan dövlətdə məlumdur ki, dövlət mənası ilə millət mənası bir olmaz “!

Cümhuriyyət dövrü milli mətbuatımızda siyasi publisistikasının ən parlaq və ən dəyərli nümunələrinin müəlliflərindən olan M.Ə.Rəsulzadənin Azərbaycanın milli məfkurə və istiqlal savaşından doğan məqalələri xalqın milli və mənəvi dəyərləri üzərində demokratik şəraitdə yaşamasına, dövlət və dövlətçilik ideallarına xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdə qələmə aldığı “Azərbaycan paytaxtı” adlı tarixi-publisist məqaləsi öz ictimai-siyasi əhəmiyyətinə görə, tariximizin və istiqlal savaşımızın tədqiqi baxımından əhəmiyyətini bu gün də qoruyub saxlayır. 

Bakı erməni-daşnak, ingilis hərbi birləşmələrindən azad olunub, Azərbaycana qovuşandan sonra Cümhuriyyətin paytaxtının tarixi barədə kifayət qədər materialların olmamasından təəssüf hissi keçirən M.Ə.Rəsulzadə bu barədə yazırdı: “Mən mətbuatı çox aradım. Lakin Bakı barədə bir yazıya rast gəlmədim. Bu həvəs mənə cəsarət verdi: müxtəsər də olsa, Bakının tarixi haqqında bir kaç yarpaq qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycanın paytaxtının şan və heysiyyatı və hüciyyəti ilə olmayacaq... Düşündüm ki, naqis də olsa, bir şey olsun. Biz nəqisini başlarıq, mütəşəbbüs gənclərimiz də çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy edər, bu başlanğıcı təkmil edərlər...”

M.Ə.Rəsulzadənin 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının toplantısında söylədiyi nitqdə bu baxımdan maraqlıdır: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir... İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşkülliyi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”. Göründüyü kimi, M.Ə.Rəsulzadə hələ Birinci Dünya müharibəsi ərəfəsində mətbuatda qaldırdığı “Azərbaycan qayəsi” ideyasını xüsusi olaraq vurğulayır. 1918- ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışında isə bu məsələyə bir daha toxunur: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni - ”Azərbaycan muxtariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, Azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah eləməsin - siz Islamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” Partiyası birinci olaraq Azərbaycan müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir".

M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri milli azadlıq və milli dövlətçilik ideyalarının təbliği baxımında da xüsusi yer tutur. Müəllif bu əsərlə xalqımızın keçdiyi və keçəcəyi azadlıq yolunu çox uğurla seçdiyi bir bədii obraz vasitəsilə ifadə etmişdir. O bu əsərdə rus – bolşevik istilasının Azərbaycanın milli dövlətçiliyinə son qoyması ilə bağlı yazır bunu gənc Cümhuriyyətin bəxtsizliyi kimi qiymətləndirir. Əsərin sonunda gəncliyi istiqlal uğrunda mübarizəyə çağıran müəllifin «Ya qazi və ya şəhid olacaqsan» kimi son cümləsi isə bir hayqırtıdır.

Cümhuriyyətimizin qurucusu və eyni zamanda XX əsin əvvəllərinin böyük publisisti olan Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığı demək olar ki, azadlıq, müstəqillik, milli dövlətçilik ideyaları ilə nəfəs alırdı. Tam əminliklə demək olar ki, milli müstəqillik ideyaları heç bir publisistin yaradıcılığında onun publisistikasında olduğu kimi belə qabarıq və ardıcıl, sistematik deyil. Bəlkə də Azərbaycanın müstəqilliyi arzusu bu publisistikanın yaranma səbəbi idi. Onun istər məqalələrinə, istərsə də irihəcmli əsərlərinə bu ruh hakimdir – Azərbaycan istiqlalı!

Təkcə yaradıcılığını deyil, bütün həyatını Azərbaycanın istiqlalı yoluna həsr edən, milli istiqlalı həm nəzəri, həm də əməli cəhətdən hazırlamaq işini öz üzərinə götürən Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın istiqlalının son qələbəsinə ömrünün sonuna qədər inanırdı. Zaman onun bu inamını doğrultdu, Azərbaycan yenidən müstəqillik əldə etdi.


Nəzrin Məşədiyeva

BDU-nun Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031