Dördqat dünya çempionundan TARİXİ NƏTİCƏ
Yaponiyanın Kobe şəhərində təşkil edilmiş dünya çempionatında iki qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva tarixi nəticəyə imza atıb. Belə ki, dördüncü dəfə dünya çempionu olan L. Vəliyeva Azərbaycanın Paralimpiya tarixində bu titul sayına çatan ilk idmançı olub.
22 yaşlı para-atlet, həmçinin bu göstərici ilə Azərbaycanın müstəqillik illərində Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar arasında Rafael Ağayevdən (karate üzrə beşqat dünya çempionu) sonra üç dəfədən çox dünya çempionu olan növbəti idmançı adına yiyələnib.
Mətləb Salahov