Rusiya Ermənistandakı səfirini niyə geri çağırıb? – Lavrovun “maraqlı izahı”....
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Moskvaya çağırışını şərh edib. Nazir deyib ki, səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər. Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəddə qeyd edildiyi kimi, “Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin məhz məsləhətləşmələr üçün Moskvaya çağırılıb”.
Maraqlıdır ki, artıq son bir neçə ildə Rusiya bir neçə dəfədir ki, İrəvandakı səfirini “məsləhətləşmlələr” üçün geri çağırır. Hər kəsə gün kimi aydındır ki, S.Lavrovun idarəsi İrəvandakı Haykanuşlara elçi düşmək üçün səfirini geri çağırmır. Üstəgəl Vladimir Putin Ermənisanla bağlı gələcək siyasətini İrəvandakı səfiri ilə məsləhətləşəsi deyil. Üstəgəl də Moskvadakı bir sıra siyasi çinovniklərin çoxunun da erməni geninə yad olmadığı hər kəsə məlumdur. Bəs belə olan halda nədir bu “məsləhət” sevdası?
Artıq Nikol Paşinyan hökümətinin Rusiyanın MDB çərçivəsində həyata keçirdiyi bütün tədbirləri boykot etdiyi və üstəgəl KTMT-dən çıxmaq üçün açıq çağırışlara başladığı vaxtda belə “məsləhətləşmələrin” Moskvanın siyasi gərginliyi ilə bağlı olduğu hər kəsə məlumdur. Çox güman ki, Kremldə İrəvandakı N.Paşinyan hakimiyyəti ilə bağlı yeni münasibət üzərində iş gedir. Demək Rusiya səfiri S.Lavrovun “ənənəvi məsləhətləşməsi” üçün Moskvaya çağırılmayıb. Rusiyanın bu addımlarından çıxarılacaq tarixi nəticə isə budur: Nə olursa olsun Ermənistanı ayağa verməməyə çalışır, onu öz tarixi nökəri kimi əldən buraxmaq istəmir. Sanki ərin incik kəbinli arvadına münasibəti kimi...
Mətləb Salahov