Britaniya mediası Makronun müstəmləkəçilik siyasətini "bombaladı"
Fransanın Sakit okeanda yerləşən Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasəti dünya mediasında ciddi tənqid olunur. Xüsusuilə prezident Makronun antidemokratik davranışları dünya mediasında pislənilir. Böyük Britaniyanın “Daily Express” nəşri də Fransanın bu müstəmləkəçilik siyasəti barədə yazır. "Makron özünün demokratiya carçısı olduğunu israrla iddia edir.
Gürcüstan xalqı küçələrə axışarkən, Makron bunu alqışlamışdı. Ancaq eyni zamanda o, Yeni Kaledoniya kimi kiçik bir ölkədə yerli əhalinin öz hüquqları və müstəqillik uğrunda nümayişlərini hərbi güc tətbiqi ilə dayandırmaq üçün mindən çox hərbçi göndərib." -ingilis nəşri yazır.
Xəbərdə Makronun guya Yeni Kaledoniyadakı gərginliyin səbəbi kimi Azərbaycanı ittiham etməsi “qəribə” adlandırılıb. Bildirilib ki, Parisin anti-Azərbaycan mövqeyinin 17 000 km uzaqlıqdakı müstəqillik mübarizəsi ilə heç bir əlaqəsi yoxdur, daha çox Fransanın daxili siyasəti ilə bağlıdır. Rəsmi Paris Azərbaycan və Ermənistan münaqişəsində açıq şəkildə Ermənistanı dəstəkləyib.
Yazıda Fransanın anti-Azərbaycan mövqeyinin əsas səbəbi də açıqlanıb: “Ona görə ki, Fransada bir milyona qədər erməni yaşayır və Makron, seçkilərdə onların səsini istəyir”.
Mətləb Salahov