KÖHNƏ VERSİYA            

Xaçmaz Reabilitasiya Mərkəzində nələr gördük... - FOTO

Image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xaçmaz Reabilitasiya Mərkəzinə təşkil etdiyi mediatur çərçivəsində yolumuz igidlər oylağı Xaçmazadır. Hər yolun öz məqsədi, öz qayəsi olur deyirlər. Doğrudan da belədir. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının müşaiəti ilə media təmsilçilərinin Xaçmaz Reabilitasiya Mərkəzinə səfərinin məqsədi burada müalicə alan qazilərimizə, Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən igidlərimizə, Vətən oğullarına göstərilən tibbi xidməti müşahidə etməkdir. Mediatur bu amalla təşkil olunub. Bu, həqiqətən də çox vacib və gərəkli səfər kimi yadda qaldı.

Yolun damarını həmkarlarımızın və agentliyin əməkdaşlarının şən zarafatları, şirin söhbətləti ilə qırdıq, yol boyu gördüyümüz təbiət gözəlliyini gözlərimizə, ruhumuza köçürdük, qısa müddətli dayanmaqla Şabranda çay işdik, səhər yeməyi yedik, zəhmətkeş insanların əməyinin məhsullarını daddıq, çörək kəsdik, su içdik, bir-birimizə daha da yaxınlaşdıq, bələd olduq. “Yoldaşı yolda tanıyarlar” zərbi-məsələnin fəlsəfəsini bir daha anlamış olduq. Yaşadıqlarımız bizi anladır həm də. 

Sözün düzü, səfərimiz o qədər maraqlı oldu ki, yolun uzunluğunu hiss etmədik. 

Nəhayət özünəməxsus gözəlliyi, təbiəti, saf, vətənpərvər insanları, çinar boylu igidləri, zərif qızları ilə dillər əzbəri olan Xaçmaza çatdıq. 

Müasir və hərtərəfli təchiz olunmuş Xaçmaz Reabilitasiya Mərkəzidə bizi mərkəzin direktoru Rövşən Muradov və gülərüz kollektiv qarıladı, mühafizəçilərdən tutmuş həkimlərə, xəstələrə qədər hər kəsin üzündə gülüş gördük, hər birində səmimiyyət gördük. Biz mərkəzdə olarkən həm əlilliyi olan şəxslərlə, həm də müharibə ilə əlaqədar əlilliyi olan qəhrəmanlarımızla görüşdük, ünsiyyətdə olduq, onlara göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olduq.

Əvvəlcə mərkəzin bir neçə ayrı-ayrı prosedur otaqları ilə tanış olduq, həkim və tibb personalının xəstələrə göstərdikləri müalicə prosesi ilə tanış olduq. Sonra isə mərkəzin həyətində, yaşıllıq, güllü çiçəklik arasında qurulan söhbətgahda qazilərimizə göstərilən qrup sosial-psixoloji seansı, terapiyanı müşahidə etdik. Peşəkar psixoloq həkim onlarla söhbət edir, təlimlər verirdi. O bildirdi ki, terapiyaya cəlb olunan qazilərin əksəriyyətinin yuxu ilə bağlı problemləri var. Həmçinin dedi ki, terapiya həm qrup, həm də fərdi şəkildə aparılır, onlayn xidmət də var. 

Qazilərimizlə tanış olduq, söhbətləşdik, əhvallarını soruşduq. Bir ağızdan bildirdilər ki, mərkəzdə onlara lazımı qayğı və diqqət göstərilir, Rövşən müəllim də, tibbi personal da, psixoloq da onların sağalması, adaptasiyası üçün əllərindən gələni əsirgəmirlər.  Müalicə otaqlarını, palataları bir-bir gəzdik, sözün həqiqi mənasında Azərbaycanın ucqar bir guşəsində hərtərəfli təchiz edilmiş, müasir bir mərkəzin olduğuna və burada savadlı, peşəkar, öz işini bilən, xəstələrlə yüksək səviyyədə davranan bir personalın xidmət etdiyini görmək qəlbimizi sevindirdi. Sevindik ki, torpaq uğrunda sağlamlığını itirən qəhrəman oğullara, eləcə də anadangəlmə əlilliyi olan vətəndaşlarımıza bu cür yüksək səviyyədə diqqət və qayğı göstərilir, Azərbaycan dövləti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu insanların sağlamlıq və sosial-psixoloji reablitasiyası ilə məşğul olur. Bu qəbildən olan insanlar çox həssas olur, aralarında kaprizi olanlar da az olmur, amma həkimlər, tibb işçiləri onlarla səbrlə, hövsələ ilə davranır, necə  deyərlər, ağlaya-ağlaya gələnləri, gülə-gülə yola salırlar. 

Rövşən Muradov: "Postmüharibə dövründə Xaçmaz Reabilitasiya Mərkəzində də 400-dən çox müharibə iştirakçısı reabilitasiya xidmətlərindən faydalanıb" 

Mərkəzin direktoru Rövşən Muradov jurnalistlərə məlumat verdi ki, son beş ildə  reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması təmin edilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəlməsi ilə yanaşı, reabilitasiya xidməti göstərilən şəxslərin illik sayının 7 dəfədən çox artmasına nail olunub.

“Agentliyin tabeliyində 15 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə bu ilin 4 ayında əlilliyi olan 33, 8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 5,5 min şəxsə 40,2 min reabilitasiya vasitəsi verilib.

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Nazirliyin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra etdiyi sosial dəstək paketinin bir istqiaməti olaraq, 3300-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib. Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

Postmüharibə dövründə Xaçmaz Reabilitasiya Mərkəzində də 400-dən çox müharibə iştirakçısı reabilitasiya xidmətlərindən faydalanıb”-deyə bildirdi.

Baş direktor onu da dedi ki, əlilliyi olan şəxslər həm stasionar, həm də amblator müalicə alırlar. Eyni zamanda mərkəzin səyyar xidməti də mövcuddur ki, bəzi əlillərin müalicəsi üçün evlərə gedirlər. Sosial-psixoloji terapiyanın həm də onlayn şəkildə təşkil edilidyini deyən direktor bildirdi ki, əlilliyi olan şəxslərə dəstək olurlar. 

Direktor qeyd etdi ki, yaxlın ərazilərdən gələn əlililiyi olan şəxslər amblator, uzaqlardan gələnlər isə stasionar müalicəyə cəlb olunurlar, hər müalicə kursu 14 gündür. 

Qeyd olundu ki, Mərkəz Xaçmaz rayonunda və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür.  Mərkəzdə bərpa müalicəsi alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Müəssisə 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 14 çarpayılıqdır.

Tariyel Dinarov: “Burada fəaliyyət göstərən komplektləşmiş tibbi personalın və digər əməkdaşların, rəhbərliyin qazilərə xüsusi diqqəti, qayğısı var, bu da bizi sevindirir və daha böyük əhval-ruhiyyə yaradır”

Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Taryel Dinarovla da söhbətləşmək imkanımız oldu. O, bildirdi ki, bu gün respublikada mövcud olan bərpa, reablitasiya, eyni zamanda reablitasiya kurort mərkəzlərinin müasir tibbi avadanlıqlarla təmin olunması, bu mərkəzlərdə yüksək peşəkarlığa malik tibbi personalın çalışması əlilliyi olan vətəndaşlarımızın, həmçinin də müharibə ilə əlaqədar əlillik təyin olunmuş şəxslərin tez bir zamanda sağalıb cəmiyyətə adaptasiya olmasına kömək edir. Bu adı çəkilən mərkəzlərdə mövcud olan fizoterapiya avadanlıqlarının, müalicəvi bədən tərbiyə alətlərinin köməkliyi ilə ilk növbədə bizim əlillərimizə ilkin funksional diaqnoz düzgün qoyulur. Bundan sonra onların müalicələri həyata keçirilir. Bu mərkəzlərdə eyni zamanda psixoloji senaslar keçirilir. Bu senslar qazilərimizin, ümumi əlilliyi olan şəxslərimizin, müharibə dövründə hərbi travma almış soydaşlarımızın psixoloji durumlarının tez bir zamanda düzəlməsi, mənəvi əhvallarının yüksəlməsi, ruh yüksəkliklərinin artması, vətəndaş olaraq cəmiyyətdə sağlam şəkildə davranmasrı üçün böyük əhəmiyyət daşıyır”. 

T.Dinarov bildirdi ki, indiyə qədər bir sıra xidmətlərdən istifadə edib və hazırda da psixoloji və müalicəvi bədən tərbiyə senslara qatılır.

“Özünüz dı gəzib gördünüz ki, mərkəzimiz ən müasir tibbi texnoloji vəsaitlərlə təmin olunub. Bizim ölkədə dünya standartlarına cavab verən erablitasiya mərkəzlərimiz mövcuddur. Xaçmaz Reablitasiya Mərkəzində bizə çox yüksək qayğı və diqqət göstərilir, həkimlərdən də, rəhbərlikdən də çox razıyıq. Bizim sağlamlığımız üçün əllərindən gələni edirlər. Təkcə Xaçmaz deyil, Mərdəkanda da, Şağanda da, Naftalanda da, başqa yerlərdə də fəaliyyət göstərən   reablitasiya mərkəzləri çox yüksək səviyyədədir. Müalicə aldığım reablitasiya mərkəzlərinin hamısında əlilliyi olan şəxslərin cəmiyyətə normal şəkildə qayıtmaları üçün bütün zəruri şəraitlər var. Burada fəaliyyət göstərən komplektləşmiş tibbi personalın və digər əməkdaşların, rəhbərliyin qazilərə xüsusi diqqəti, qayğısı var bu da bizi sevindirir və daha böyük əhval ruhiyyə yaradır”-deyə bildirən T.Dinarov qazilərə münasibətdən yerlə-göy qədər razı olduqlarını, dövlətin qayğısından daha da ruhlandıqlarını bildilər. 

Həkim Natavan Xanmirzəyeva ilə də danışdıq. O, bildirdi ki, bura gələn xəstələrə hər tərəfli qayğı göstərilir, müalicələri ilə məşğul olunur. “Mərkəzimizə gələn hər bir pasientə xüsusi diqqət və qayğı göstərlir, hər birinə fərdi yanaşılır. Burada həm əlilliyi olan qazilərimiz, həm də digər əlilliyi olan vətəndaşlarımız müalicə alır. Üzümüz daim gülür və xəstələr də bundan ruh alır”-deyə N.Xanmirzəyeva qeyd etdi. 

Mərkəzdə müalicə alanlar içində anadangəlmə əlilliyi olan bir cütlük də diqqətimizi çəkdi. Famil və Məhbubə ilyarım əvvəl ailə qurublar. Bir-birini dünyalar qədər sevən cütlükdən soruşduq ki, əvvəlcə kim sevgisini bildirib? Famil dedi ki, Məhbubə ondan cəsarətli çıxıb və ona ürəyini açıb. Familin 24, Məhbubənin isə 32 yaşı var. Onlar mərkəzin ən sevimli pasiyentlərindəndir. Hər kəs bu gülərüz, mehriban cütlüyə sevgi göstərir, Famil əlil arabasında oturur, Məhbubənin isə eşitməsində və nitqində problem var, amma bu onların sevgilərini paylaşmalarına heç bir maneçilik törətmir. Doğrudan da sevgi əngəl tanımır. Mərkzədə hər kəsin sevgisini qazanan cütlükdən sözün həqiqi mənasında böyük enerji aldıq...

Mərkəzdəki göstərilən bütün xidmətlərlə tanış olduq, əmək terapiyası, hidromasaj, fizeoterapiya, parafinlə müalicə terapiyası və başqa prosedurları müşahidə etdik. 

Sonra günorta yeməyi yeyib çay süfrəsi ətrafında söhbət etdik, qazilərimizi bir də dinlədik, onların arzularına, istəklərinə, döyüş xatirələrinə qulaq asdıq, bir daha qəhrəmanlıqları ilə öyündük, fəxr etdik ki,  bizim belə igid qardaşlarımız, oğullarımız, atalarımız var. “Qələbəmiz üçün şəhidlərimizə borcluyuq” dedi hamısı, canını vətənə qurban deyən oğulların uca ruhunu xatırladıq, adlarını andıq... Doğrudan da igidlərlə yan-yana durmağın özü qürurvericidir, özü bir fəxrdir.          

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  Xaçmaz Reabilitasiya Mərkəzinə təşkil etdiyi bu media tur sözün həqiqi mənasında yadda qalan oldu və oradakı tibb işçilərindən, rəhbərlikdən, müalicə alan qazilərimizdən, əlilliyi olan digər insanlardan yüksək duyğularla ayrıldıq. 

Xaçmazdan Bakıya gələrkən düşündük ki, bu Vətənin, bu dövlətin uğrunda can verən, qan tökən, sağlamlığından məhrum olan heç kəs unudulmur, dövlət hamısını qanadları altına alır...

İradə SARIYEVA
Xaçmaz-Bakı








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031