Yaponiyanın Baş naziri COP29-a dəvət olunub
Yaponiyanın Baş naziri Fumio BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub. Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Yaponiyaya səfəri zamanı Yaponiya tərəfinə COP29-a Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.
Mətləb Salahov