KÖHNƏ VERSİYA            

Paşinyan keşişlərin zəif yerini vurdu - "qara biznes"...

Image

Hakimiyyətə qarşı siyasi fəaliyyət erməni kilsəsinə bu gedişlə baha başa gələcək. Hər halda, kilsə ilə bağlı hakimiyyətin atmağa hazırlaşdığı addımlar bu qənaətə gəlməyə əsas verir.  Belə ki, Ermənistan parlamentində yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsini müzakirə etmək təklif olunur. 

Parlamentin spikeri Alen Simonyan bu xüsusda bildirib: “Duyğularımızla, tariximizlə oynamağı artıq dayandırın. Və artıq siyasətlə məşğul ola-ola, diasporadan pul yığıb, şam, “Coca-Cola”, şərab satıb, restoranlara sahib olaraq vergi ödəməməyi dayandırın. Mən başa düşmək istəyirəm ki, əli öpülən din xadimi nə üçün orduya patron alan, vergi ödəyən adi biznesmendən üstün olmalıdır? Mənim üçün iri vergi ödəyiciləri ən vacib adamlardır. Onlar Ermənistanın təhlükəsizliyini maliyyələşdirir”. 

Simonyan din xadiminin siyasətlə məşğul olmasını qəbuledilməz hesab edir. O,  arxiyepiskop Baqrat Qalstanyanın etiraz hərəkatını jurnalistlərə şərh edərkən deyib: “Siyasət ticarətdir və İncil deyir: “Mənim atamın evini bazara çevirməyin!”. Sizcə biz beynəlxalq tərəfdaşlarla danışıqlar aparanda bu ticarət deyil? Koalisiya yaradırsansa, siyahı tərtib edirsən, bu özü sövdələşmədi. Və kilsə öz işini yarımçıq qoyub, indi bununla məşğuldur”. Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan isə qeyd edir ki, kilsənin siyasi fəaliyyətinin arxasında Robert Köçəryan dayanır:  “Robert Köçəryanın kilsə vasitəsilə hakimiyyət uğrunda  mübarizəsi nəinki müqəddəs sayılmır, hətta gülüş doğurur. Müxalifətin 2021-ci ildən rəhbər tutduğu ritorika dəyişməyib”. Aleksanyanın sözlərinə görə, müxalifətin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin 1969-cu ilə aid xəritələr əsasında həyata keçirilməsinə irad tutmağa haqqı yoxdur: “Onlar unudur ki, təklif etdikləri 1974-1979-cu illərə aid xəritələr də məhz 1969-cu ilin xəritəsinin əsasında hazırlanıb. Müxalifətin bunu bilərək ictimaiyyətdə narazılıq yaratmaq cəhdləri anlaşılan deyil. Daşnak ideologiyasına sahib olan bu adamlar Rusiyanın tərəfdarı olan şəxsin diqtəsi ilə hərəkət edir. 2023-cü ildə Rusiya tərəfdarı olan bir şəxs deyirdi ki, hamının Qalstanyan soyadı ilə tanıdığı Baqrat Srbazan baş nazir postuna namizəd olmalıdır. İndi isə 130 illik tarixə malik partiya bu ideyanı reallaşdırır”. Ümumiyyətlə, Paşinyanın tərəfdarları hesab edir ki, kilsə öz daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq bu struktura yekun qiymət verməlidir. Bu durumda erməni kilsəsi Paşinyan hakimiyyəti ilə bu daxili siyasi savaşdan qələbə ilə çıxacağına əmin deyil. Hətta məğlubiyyət variantına yönəlik ehtiyat addımlarının atılmasına belə başlayıb. Kilsənin rəhbərliyi başa düşür ki, əgər, Baqrat Qalstyanın başlatdığı  aksiyada nəticə olmasa, bu, kilsənin və katolikos II Qareginin nüfuzuna sarsıdıcı zərbə vura bilər. qeyd edək ki, erməni kilsəsi daha çox səhnə arxasından proseslərə müdaxil etməyə çalşırdı. Bu dəfə isə Paşinyan hakimiyyətinə qarşı narazılığın artmasına güvənərək, qiyamın təşkilat mərkəzi rolunu oynamağa çalışdı. Lakin hesabında yanıldığı üzə çıxdı. 

Məsələ həm də bundadır ki, Ermənistanda baş verən aksiyaların uğursuz nəticələnməsinin əsas səbəbi odur ki, istər kilsə, istər erməni diasporu, istərsə də onların arxasında olan qüvvələr erməni cəmiyyətininə heç nə təklif edə bilmədilər. Onların təklif etdiyi ancaq qarşıdurma, müharibə, Azərbaycanla münasibətlərin pozulması və digər neqativ məqamlardır. Təbii ki, Ermənistan cəmiyyəti buna qarşıdır.  Onu da qeyd edək ki, 2018-ci ildə hakimiyyətə gələn Paşin­yan kilsə ilə münasibətləri nizamlamağı bacarmadı. Altı il bundan əvvəl hamıya bəlli idi ki, erməni kilsəsi 20 il hakimiy­yətdə olmuş “Qarabağ klanı” ilə geniş əlaqələrə malik idi. Bu əlaqələrin saxlanılması Paşinyanla kilsə arasında münasibətlərin gərginləşməsində az rol oynamayıb. Ermənistan ictimaiyyəti bu vəziyyətdə Paşinyanı dəstəkləyir, əksəriyyəti sülh və əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, son dövrlər erməni kilsəsi daxilində də haçalanma var. Onlar əvvəlkitək mobil deyil. Geç-tez onlar da Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməli olacaqlar.   Hələlik erməni müxalifəti və siyasiləri, keçmiş diplomatları, ombudsmanları sırf manipulyasiya və cəmiyyəti yalanla qızışdırmaq naminə hər üsula əl atırlar.  Amma  artıq cəmiyyət bu yalanlardan bezib. Ermənistanın “Past” nəşri bunlar fonunda yazır: “Bu günlərdə Ermənistanda bəzən din xadiminin siyasi hərəkata necə rəhbərlik edə bilməsi, baş nazir olması və sairə kimi fikirlərə rast gəlmək olar. Əslində, tarixdə heç vaxt erməni xalqının xilasının kökündə kilsə və ruhani təbəqəsi dayanmayıb. Üstəlik, bir din xadiminin xalq hərəkatına, sonra isə dövlətə rəhbərlik etməsi dünya tarixində çox da müstəsna hal deyil. Sosial şəbəkələrdə, məsələn, Kipr nümunəsi çəkilir. İkinci Dünya müharibəsi zamanı Kipr hələ də Britaniyanın müstəmləkəsi idi və o zaman Kipr Pravoslav Kilsəsinin keşişi olan Makar azadlıq hərəkatına rəhbərlik edirdi. Kiprin müstəqilliyini elan etdikdən sonra Makar bu ölkənin prezidenti seçildi. Bundan əvvəl o, həbs, sürgün və sair daxil olmaqla, kifayət qədər çətin bir yol keçmişdi, amma təslim olmadı. Yeri gəlmişkən, 1975-ci ildə yenidən prezident seçilib və 1977-ci ildə vəfat edənə qədər bu vəzifədə olub. Təbii ki, dövrlər və şərait nəzərə alınmaqla, bugünkü reallıqla və Baqrat Srbazanla bu cür müqayisələr, çətin ki, tamamilə əsaslıdır. Bunu xalq da görür”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031