Şahin Mövsümov Azərbaycan Kamandan Oxatma Federasiyanın prezidenti vəzifəsindən istefa verib, Anar Quliyev federasiya prezidenti seçilib
Mayın 22-də Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Bu barədə baki-xeber.com-a Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirliyin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edərək təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb. Sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib. Yığıncaqda Azərbaycan Oxatma Federasiyasının yeni prezidenti Anar Quliyev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
İradə SARIYEVA