COP29-da 4 prioritet məsələnin müzakirə olunacağı açıqlandı...
COP29-da 4 prioritet məsələ müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində keçirilən "İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa və regional perspektivlər" mövzusunda semninarda deyib.
"COP29-da tərəflərin müəyyənləşdirməli və qərar verməli olduğu dörd mühüm prioritet mövzu var", - deyə o bildirib.
Onun sözlərinə görə, bu birincisi, bunlar milli səviyyədə müəyyən edilən töhfələr (NDC), ikincisi, kömür idxalı üzrə saziş, üçüncüsü, Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşmanın yekunlaşdırılması üzrə səylərdir.
"Dördüncü sahə ümumi hesabatlılığın, məsuliyyətin və şəffaflığın vacibliyini vurğulamaqdan ibarət olacaq. Ölkələrin ilk dəfə olaraq iki ildən bir dərc olunan şəffaflıq hesabatı qəbul edəcəyi gözlənilir", - deyə rezident əlaqələndirici əlavə edib.