Zelenski Qərbin xəyanətini açıq ifşa etdi - “Ukrayna uduzsa nə olacaq? Rusiyaya qapını tam bağlamamalıyıq" deyirlər"
Ukrayna lideri Zelenski iddia edib ki, Qərb sanksiyalar, diplomatik münasibətlər və silah tədarükü ilə bağlı Moskva ilə əlaqələri kəsməkdən qorxur və buna görə də sərt tədbirlər görmür.
“The New York Times”a müsahibə verən Zelenski deyib ki, Qərb Rusiya ilə münasibətlərin tamamilə pozulacağından ehtiyat edir və onlara verdiyi silahların Rusiya ərazisində istifadəsinə icazə vermir və ya sərt iqtisadi sanksiyalar tətbiq etmir.
Zelenski bildirib ki, hamı Rusiya ilə qapını bir az aralı saxlayır: "Bəlkə də bu böyük səhvin baş verdiyi 2014-cü ildən (Krımın ilhaqından) sonrakı qədər aydın deyil. Amma hamısı olmasa da, bir çox liderlər qapını bir qədər açıq saxlayırlar. “Ukrayna uduzsa nə olacaq? Rusiyaya qapını tam bağlamamalıyıq" deyirlər.
TAHİR