Rusiya Fransanı hədələdi - reaksiyamız təkcə siyasi xarakter daşımayacaq...
ABŞ-la gərginlik yaşayan Rusiya Ukraynaya görə Fransaya sərt xəbərdarlıq edib. 2020-ci ildən Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya Fransanı açıq təhdid edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Fransa Ukraynaya hərbi qüvvə göndərərsə, Rusiyanın reaksiyası təkcə siyasi xarakter daşımayacaq.
Nazirliyin Avropa departamentinin rəhbəri Artyom Studnikov Rusiyanın belə bir vəziyyətdə hansı tədbirləri görəcəyini açıqlamayıb, ancaq Moskvanın Parisə xəbərdarlıq etdiyini bildirib.
Studnikov deyib ki, Fransa qüvvələrinin Ukraynaya göndərilməsi nüvə silahına malik iki ölkə arasında münaqişə risqini artıracaq.
Qeyd edək ki, bundan əvvəl Fransa Müdafiə Nazirliyinin Ukraynaya 2 minlik əsgər göndərməyə hazırlaşdığı iddia edilmişdi.
Fransa prezidenti Emmanuel Makron isə Rusiyanın həm daxildə, həm də döyüş meydanında Ukraynaya qarşı daha da aqressivləşdiyini bildirib: “Biz Rusiyanın məğlubiyyətinin Avropada təhlükəsizlik və sabitlik üçün zəruri olduğuna inanırıq. Ukraynaya qoşun yeridilməsi məsələsi gözardı edilməməlidir".
TAHİR