Pakistanın Baş naziri İrana gedir
Pakistanın Baş naziri Şahbaz Şərif İran xalqına başsağlığı vermək və təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmilər ilə rəsmi vida mərasimində iştirak etmək üçün bu gün İrana səfər edəcək.
Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. O həmçinin İranın ruhani lideri Ayətullah Əli Xamenei və prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbərlə görüşlər keçirəcək.
Mətləb