"Azərbaycan Xəzər-Avropa İttifaqı, Yaşıl Enerji Dəhlizi təklifi ilə çıxış edir" - səfir
Vaşinqtonda keçirilən 8-ci Trans-Xəzər Forumunda iştirak edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bəyan edib ki, Azərbaycan Orta dəhlizlə bağlı çoxtərəfli və ikitərəfli formatda iş aparır. Onun sözlərinə görə, çoxtərəfli formatda Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə işləyir, gömrük xərcləri, əsasnamələr müəyyən edilir. Səfir qeyd edib ki, Orta Dəhliz tarixi İpək yolunun bir hissəsidir: “İpək yolu tək məhsullar deyil, texnologiyalar, mədəniyyətlər, insanlararası əlaqələrlə də bağlı idi. Biz də Orta Dəhlizə təkcə məhsulların daşınması perspektivindən baxmamalıyıq. Azərbaycan Xəzər-Avropa İttifaqı, Yaşıl Enerji Dəhlizi təklifi ilə çıxış edir. Bu təklif ABŞ və Aİ tərəfindən müsbət qarşılanır".
Mətləb Salahov